SON XƏBƏRLƏR

Tehranda daha bir bəhai həbs edilib

2022.01.12, 12:39
Tehranda daha bir bəhai həbs edilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Səba Sefidi yanvarın 11-də Tehranın Evin zindanının təhlükəsizlik məhkəməsinə çağırılıb və orada dindirildikdən sonra saxlanılıb.

Səba Sefidinin konkret hansı ittihamlara görə həbs edildiyi və onun Evin həbsxanasının hansı korpusuna köçürüldüyü barədə hər hansı bir məlumat yayılmayıb. 

Bildirilir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) mülki geyimli əməkdaşları 2021-ci il, oktyabr ayının əvvəllərində Səba Sefidinin Tehrandakı mənzilində axtarış aparıb, onun noutbukunu, mobil telefonunu və bir sıra şəxsi əşyalarını özləri ilə aparmışdılar.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının ana yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

صبا سفیدی، شهروند بهائی بازداشت شد - خبرگزاری هرانا

A.M 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar