SON XƏBƏRLƏR

Tehranda hava kəskin çirklənib: İdman fəaliyyətlərinə qadağa qoyulub, məktəblər qeyri-əyani tədris rejiminə keçib

2021.12.01, 13:52
Tehranda hava kəskin çirklənib: İdman fəaliyyətlərinə qadağa qoyulub, məktəblər qeyri-əyani tədris rejiminə keçib

Gunaz.tv

O deyib ki, paytaxtda havanın kəskin çirklənməsi nəticəsində istər fərdi, istərsə də qrup şəklində aparılan bütün idman fəaliyyətlərinə müvəqqəti qadağa qoyulub, məktəblər isə üç gün qeyri-əyani tədris rejiminə keçib.

Onun dediyinə görə, bununla bağlı qərar İran Meteorologiya Təşkilatının paytaxtda havanın kəskin çirkləməsinin müxtəlif yaşdan olan insanların sağlamlığına ciddi təhlükə yaratdığını bildirməsindən sonra alınıb.

Bildirilir ki, bu gün (dekabrın 1-i) paytaxt Tehranda havanı çirkləndirən maddələrin orta konsentrasiyası (sıxlığı) 148 olub, havanın keyfiyyətini ölçən 21 məntəqədə isə vəziyyət qırmızıdır və havanın keyfiyyəti 150-ni keçib.

Məlumatda TEhranda havanın kəskin çirklənməsinin səbəbi açıqlanmayıb.

A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar