SON XƏBƏRLƏR

İranda hicaba görə öldürülən qadının dəfnində Xameneyi əleyhinə şüarlar səsləndirilib-VİDEO

2022.09.17, 07:45
İranda hicaba görə öldürülən qadının dəfnində Xameneyi əleyhinə şüarlar səsləndirilib-VİDEO

Gunaz.tv

Mərasimdə iştirak edən minlərlə insan Əli Xameneyini nəzərdə tutan "Ölüm olsun diktatora" şüarını səsləndiriblər.

Məhsa Əmininin ailəsinin verdiyi məlumata görə, Tehran hökuməti ölürülmüş gənc qızın ölüm səbəbləri barədə heç bir məhkəmə ekspertizası araşdırması olmadan dəfn mərasimini tələsik həyata keçirmək üçün onlara təzyiq göstərib.

Dəfn mərasimindən verilən məlumatda hökumət məmurları ilə Məhsa Əmininin ailəsi və dəfn iştirakçıları arasında qarşıdurma yarandığı bildirilir.

Qeyd olunur ki, məmurların mərasimi tələsik keçirmək tələbi vətəndaşların etirazları ilə qarşılanıb.

Məhsa Əmininin öldürülməsi beynəlxalq səviyyədə də reaksiyalara səbəb olub və dövlət rəsmiləri, insan haqları müdafiəçiləri İran hökumətinə qarşı bəyanatlar səsləndiriblər.

Amerika Dövlət Departamenti məsələyə münasibət bildirib və Məhsa Əmininin baş örtüyünə görə öldürülməsini İran hökumətinin insan hüquqlarına qarşı rüsvayçı və dəhşətli təhqiri adlandırıb.

Qeyd edək ki, sentyabrın 13-də 22 yaşlı Məhsa Əmini hicab qaydasına əməl etmədiyinə görə Tehranda əxlaq polisi tərəfindən döyülüb.

Həbs olunması haqqında məlumatlar yayıldıqdan bir neçə saat sonra onun beyin ölümü keçirdiyi xəbər yayılıb.

Sentyabrın 16-ı günortadan sonra isə o, dünyasını dəyişib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar