SON XƏBƏRLƏR

Tehranda SEPAH-ın ballistik raketləri nümayiş etdirilib

2022.01.08, 13:02
Tehranda SEPAH-ın ballistik raketləri nümayiş etdirilib

Gunaz.tv

“İran Silahlı Qüvvələrin Müdafiə Nailiyyətləri” adı ilə Tehranın mərkəzində keçirilən sərgidə nümayiş etdirilən SEPAH-ın 1000 kilometr məsafəni qət etməyə qadir olan “Dezful”, “Qiyam” və “Zülfüqar” raketləri olub.

Bildirilir ki, SEPAH-ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin iki il əvvəl Bağdad hava limanında öldürülməsindən beş gün sonra İranın ABŞ-a cavab olaraq, İraqda Amerika qüvvələrinin yerləşdiyi “Eyn ül Əsəd” hərbi bazasına qarşı gerçəkləşdirdiyi  hücumda həmin 3 ballistik raket nümunələrindən istifadə edilib. 

İranın Vyanada nüvə məsələsi ilə bağlı həssas danışıqlar getdiyi bir vaxtda paytaxtda SEPAH-ın ballistik raketlərini nümayiş etdirməsi isə rəsmi Tehranın Qərbə, o cümlədən də İsrail və Amerikaya qarşı provokativ addımı kimi qiymətləndirilib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar