SON XƏBƏRLƏR

Tehranda yaşayan azərbaycanlı fəala təzyiq göstərilir-VİDEO

2022.03.10, 09:34
Tehranda yaşayan azərbaycanlı fəala təzyiq göstərilir-VİDEO

Gunaz.tv

O, bununla bağlı sosial mediada paylaşım edib.

Yaşar Təbrizi bildirib ki, bundan öncə avqust ayının 24-də ağır şəkildə döyülüb və şəxsi avtomobili məmurlar tərəfindən zorla əlindən alınıb.

Onun məsələ ilə balı polisə müraciət etməsinə baxmayaraq döyülməsi və avtomobilinin oğurlanması barədə cinayət işi açılmayıb.

Yaşar Təbrizi deyir ki, bir müddət sonra avtomobilini yararsız vəziyyətdə tapıb gətirib, təmir etdirib və evinin qarşısına buraxıb.

Ancaq martın 9-da yenidən avtomobilinin əzildiyini, təkərlərinin deşildiyini görüb. 

“Mən həyatımın təhlükədə olduğunu bilirəm. Bu gündən sabaha çıxacağıma əmin deyiləm. Ancaq bilməlidirlər ki, bu basqılar və hədələrlə insanları susdurmaq mümkün olmayacaq”-deyə, mədəni fəal və insan haqları müdafiəçisi martın 9-da yaydığı video vasitəsilə bildirib.

Qeyd edək ki, Yaşar Təbrizi dinc mədəni fəaliyyətləriinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb. 

O, cari ildə iki dəfə saxlanılıb. Dindirilib və girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar