SON XƏBƏRLƏR

Tehranda mədəni fəallar həbs olunub

2022.05.10, 06:51
Tehranda mədəni fəallar həbs olunub

Gunaz.tv

Saxlanılanlardan biri tanınmış mədəni fəal, kameraman və foroqrafçı Reyhanə Təravətidir.

O, bundan öncə 2014-cü ildə mədəni fəaliyyətlərinə görə saxlanılıb, 3 il azadlıqdan məhrum edilməsinə baxmayaraq bir neçə həftədən sonra həbs cəzası ertələndiyi üçün müvəqqəti olaraq azadlığa buraxılıb.

Onunla yanaşı İran Yazıçılar Birliyinin üzvü yazıçı Keyvan Mohtədi və onun xanımı, tərcüməçi Anişa Əsədullahi də həbs ediliblər.

Onlar həbs edilmədən bir neçə dəqiqə öncə Keyvan Mohtədi "İnstagram"da paylaşım edərək yazıb: "Bizi tutmağa gəliblər".

Hələlik onlara qarşı hansı ittihamın irəli sürüldüyü məlum deyil və ölkənin hansı əmniyət orqanı tərəfindən həbs edildikləri və harada saxlandıqları haqqında da heç bir məlumat yoxdur. 

Xatırladaq ki, Anişa Əsədullahi fəhlələrin etiraz mitinqlərinə qatıldığı üçün bundan öncə dəfələrlə saxlanıb və bir il müddətinə azadlıqdan məhrum edilib.

Keyvan Mohtədi isə avtobus sindikatı işçilərinin 2018-ci il etirazlarında qısa müddətə həbs edilib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar