Tehranda Azərbaycanın Müstəqilliyinin Bərpası günü qeyd olundu - FOTOLAR

18.10.2021, 12:45

Azərbaycanın Müstəqilliyinin Bərpasının 30 illik yubileyi İranda da qeyd olunub.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycanın İrandakı Səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda İran XİN-nin rəsmi şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi və müavinləri, Tehranda yerləşən diplomatik missiyaların rəhbərləri və diplomatları, ictimaiyyətin nümayəndələri və İranda yaşayan azərbaycanlılar iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanan mərasimdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası və qorunub saxlanılmasındakı xidmətlərini vurğulayıb, Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, əldə olunan nailiyyətlər haqqında məlumat verib. 

Əli Əlizadə ölkənin sürətli inkişafı və dinamik tərəqqisi ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əlyevin apardığı siyasət nəticəsində Azərbayca xalqının bu 30 il ərzində mübarizə apardığı əsas məqsədinə - işğal olunmuş torpaqların azad edilməsi və müasir, müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduğunu bildirib. 

Səfir, Azərbaycanın dinamik inkişafı, xalqımızın yüksək milli ruhu və birliyi, Azərbaycan Ordusunun peşəkarlığı və mübarizliyi, eləcə də qəhrəman şəhidlərimizin fədakarlığı sayəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın işğalçı Ermənistanı Vətən Müharibəsində məğlub etdiyini və 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan Azərbaycan ərazilərini azad edərək Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini, erməni işğalına son qoyaraq bölgədə sülh və ədaləti bərpa etdiyini vurğulayıb.

Azərbaycanın dünya dövlətləri ilə səmərəli ikitərəfli əlaqələrindən bəhs edən səfir Əli Əlizadə qonşu ölkə olan İranla da ikitərəfli münasibətlərin inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil etdiyini və müstəqilliyin ilk günlərindən İranla bütün sahələrdə yaxın və dostluq əlaqələrinin qurulduğunu bildirib. 

Əlaqələrimizin hər zaman üzərindən qətiyyətlə aşa bildiyimiz bəzi eniş və yoxuşlar da gördüyünü bildirən səfir, bütün bu keçilən sınaqların münasibətlərimizin dostluq və əməkdaşlığa söykəndiyini bir daha sübut etdiyini qeyd edib. 

Səfir xalqlarımız və ölkələrimiz arasında dostluğa, tərəfdaşlığa, yaxın qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın davam etdiriləcəyinə inandığını bildirib və bütün bunların Azərbaycan-İran dostluğunun daha da möhkəmlənməsində mühüm rol oynayacağını vurğulayıb.

Rəsmi hissənin başa çatmasından sonra Azərbaycanlı uşaqların ifasında “Naz eləmə” rəqsi təqdim olunub, “Arşın mal alan” operettasından kiçik səhnəcik nümayiş edilib və “Azərbaycan” şeiri səsləndirilib. Tədbir Azərbaycan xalq və milli musiqisinin sədaları altında verilən ziyafət ilə davam edib. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və "3+3" formatını müzakirə ediblər

2021-12-08

gun az article

İranda “Twitter” hesabında hakimiyyəti tənqid edən siyasi fəal həbs edilib

2021-12-08

gun az article

Almaniyada yeni kansler seçilib

2021-12-08

gun az article

Amerika İran gəmilərinin qanunsuz olaraq daşıdığı neft və silahları müsadirə edib - FOTO

2021-12-08

gun az article

“Hərbi Qənimətlər Parkı” erməni xalqına nifrət yaratmaq üçün deyil – XİN

2021-12-08

gun az article

Bayden: “Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında olması İranın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür”

2021-12-08

gun az article

"Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu artırır"-Millət vəkili

2021-12-08

gun az article

Ombudsman: "Beynəlxalq məhkəmənin qərarı regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir"

2021-12-08

gun az article

Nazir müavini: "Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq"

2021-12-08

gun az article

Ağ Ev: “Bayden və Putin İran barədə konstruktiv danışıqlar aparıblar”

2021-12-08

gun az article

ABŞ, Rusiya və Fransa Azərbaycanla Ermənistana çağırış etdi

2021-12-08

gun az article

ABŞ İranın xüsusi polis bölmələrinə və SEPAH komandirlərinə sanksiya tətbiq edib

2021-12-08

gun az article

Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsi qərar verib

2021-12-08

gun az article

İstiqlal mübarizəmizin tarixini yazan görkəmli alim Aydın Balayev vəfat edib

2021-12-08

gun az article

Şuşa Dövlət Qoruğu İdarəsinə mülkiyyət hüquqları ilə bağlı səlahiyyətlər verilib

2021-12-07

gun az article

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etməyib

2021-12-07

gun az article

XİN: Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırır

2021-12-07

gun az article

Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ

2021-12-07

gun az article

İbrahim Rəisi: “Bəziləri gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar”

2021-12-07

gun az article

İranda daha bir ağır yol qəzası baş verib: 9 nəfər ölüb, 16 nəfər yaralanıb – FOTO

2021-12-07