SON XƏBƏRLƏR

Əhvaz- Mahşəhr magistralında qaz kəmərinin partlaması nəticəsində ölən və yaralananlar var- Fotolar

2021.10.20, 07:36
Əhvaz- Mahşəhr magistralında qaz kəmərinin partlaması nəticəsində ölən və yaralananlar var- Fotolar

Gunaz.tv

GünAz TV: Əhvazın şərqində bu gün səhər saatlarında magistral yolun kənarından keçən qaz kəmərində güclü partlayış olub.

 

Partlayış nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb, eləcə də yoldan keçən avtomobillər alışıb. Xuzestan vilayətinin yerli media orqanlarının məlumatına görə Əhvazın şərqində Əhvaz- Mahşər magistralının Borumi kəndindən keçən hissəsində baş verib.

 

Hadisəyə səbəb kimi ilkin versiya olaraq qaz nəqli üçün nəzərdə tutulmuş kəmərin istifadə müddətini başa vurması və sıradan çıxması göstərilir.

 

Hadisə nəticəsində Əhvazdan Kirman istiqamətində hərəkətdə olan avtobusun da alışmasına baxmayaraq, onun sərnişinlərindən heç biri xəsarət almayıb.

 

Xuzestan vilayətinin Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata əsasən, hadisəyə səbəb qaz sızması olub.

 

Yaralıların vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar