SON XƏBƏRLƏR

Əhvaz Milli Qrupunu həbs edilmiş işçilərinin sayı 31 nəfərə çatıb

2021.10.20, 07:36
Əhvaz Milli Qrupunu həbs edilmiş işçilərinin sayı 31 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: İranın Əhvaz bölgəsində Milli Qrupunu (polad zavodu-red) işçilərinin etiraz aksiyaları davam edir.

 

İki aydan çoxdur davam edən aksiyalarda işçilər gecikmiş əmək haqlarının ödənməsini, istehsalın yenidən başladılmasını və məmurların verdiyi sözlərin üstündə durmasını tələb edərək, şəhər valiliyinin binası və ali dini liderin şəhər üzrə nümayəndəsinin evi qarşısında aksiyalar keçirirlər. Dünən yayılan xəbərlərdə bazar günündən dünən günorta saatlarına qədər öz evlərində həbs edilən  etirazçı fəhlələrin sayının 31 nəfərə çatdığı bildirilir.

 

Dünən keçirilmiş aksiyalarda etirazçılarla görüşən Sepahın Xuzestan bölgəsi üzrə nümayəndəsi Məhəmmədhüseyn Bağıri onları aksiyaları dayandırmağa çağırıb və fəhlələrin bütün tələblərinin yerinə yetiriləcəyinə söz verib.

 

“Tehran Bus” şirkətinin həmkarlar ittifaqı və “Yük Maşınları Sürücülərinin Dərnəyi” kimi qurumlar yaydıqları bəyanatda Əhvazda etirazçı fəhlələrin həbs olunmasını qınayıblar.

 

İran Milli Məclisinin Əhvazdan olan deputatı Kazımnəsəb Əlbaci isə fəhlələrin həbs edilməsi ilə bağlı ətraflı məlumatının olmadığı bildirsə də, ümumiyyətlə hər bir halda onların həbsini qınadığını deyib.

 

Qeyd edək ki, İranın Əhvaz bölgəsində yerləşən Milli Qrupun əməkdaşları iki aydan çoxdur ki, gecikmiş əmək haqlarının ödənməsi, iş şəraitlərinin yaxşılaşdırılması və məsulların verdikləri sözləri tutması tələbləri ilə etiraz aksiyaları keçirirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar