SON XƏBƏRLƏR

Əhvazda fars irqçiliyinə qarşı etirazlarda tutulanların sayı 160 nəfərə çatıb - VİDEOLAR

2021.10.20, 07:36
Əhvazda fars irqçiliyinə qarşı etirazlarda tutulanların sayı 160 nəfərə çatıb - VİDEOLAR

Gunaz.tv

GünAzTV: İranın Xuzistan əyalətinin Əhvaz və digər şəhərlərində fars irqçiliyinə qarşı etirazlar davam edir. İran ərəblərinə yaxın mənbələrin bildirdiyinə görə, son günlər, etirazlarda tutulan aksiyaçıların sayı 160 nəfərə çatıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hakim rejimin yerli ərəblərə qarşı irqçi siyasətinə qarşı etirazlar, aprelin 2-si və 3-ündə də davam edib. Bildirilir ki, gecə saatlarında əyalətin Əhvaz, Xürrəmşəhr, Mahşəhr və Abadan şəhərlərində küçələrə axışan minlərlə etirazçı, “Əhvaz bizimdir, bizim olacaq” şüarları səsləndirərək, molla rejiminin və İran dövlət televiziyasının yerli ərəblərə qarşı irqçi siyasətinə həmişəlik son qoyulmasını tələb ediblər.

 

Yayılan məlumatlarda bildirilir ki, dinc etirazlarda tutulanların həbsi, əsasən mülki geyimli ETTELAAT və “Sepah” qüvvələri tərəfindən həyata keçirilib və həbs edilənlər naməlum istiqamətə aparılıb. Hazırda Əhvazda və ərəblərin yaşadığı digər şəhərlərdə gərgin vəziyyətin davam etdiyi, etirazları dayandırmaq üçün digər əyalətlərdən Xuzistan şəhərlərinə əlavə qüvvələr cəlb edildiyi vurğulanır.

 

Xatırladaq ki, martın 23-də İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan bir uşaq verilişində, azyaşlı aparıcı, İran xəritəsində müxtəlif millətlərin yaşadığı bölgələrin üzərinə, o millətin geyimini geyən gəlinciklər yapışdırıb, lakin Əhvaza gəlincə, yerli ərəblərə məxsus milli geyimi olan gəlincik yox, yerinə başqa bir gəlincikdən istifadə edilib. Bununla da burada hər hansı bir ərəbin olmamasına eyham vurulub. Bu irqçi hərəkət isə, yerli ərəb xalqının kəskin etirazına səbəb olub.

 

VİDEOLAR:

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar