SON XƏBƏRLƏR

Əhvazın iki həbsxanasında baş vermiş qiyamların detalları ilə bağlı yeni məlumatlar var- 22 məhkum ölüb

2021.10.20, 07:36
Əhvazın iki həbsxanasında baş vermiş qiyamların detalları ilə bağlı yeni məlumatlar var- 22 məhkum ölüb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən günlər ərzində ərəb xalqının yaşadığı Əhvazın Sepidar və Şeyban həbsxanalarında məhkumların qiyamı baş vermişdi.

 

Xuzistan əyalətinin polis komandanı başda olmaqla, rəsmilər hadisələr nəticəsində ölən və yaralananların olmadığını iddia etsələr də, ərəb fəallar qiyamlar nəticəsində 22 məhbusun öldürüldüyünü bildirirlər.

 

Əhvazlı tanınmış ərəb milli fəal Kərim Dəhimi məsələ ilə əlaqədar bildirib ki, təkcə Sepidar həbsxanasında 18 məhkum öldürülüb. Onlardan bəziləri təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində, digərləri isə həbsxananın içərisində qalanmış alovda yanaraq ölüb.

 

Əhvaz İnsan Haqları Təşkilatının yaydığı bəyanatda isə Şeyban həbsxanasında yaşanmış hadisələr zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 2-si Əhvaz, 2-si isə Əndimeşk rayonundan olmaqla, 4 məhkumun öldüyünü bildirib.

 

Xatırladaq ki, martın 31-də Şeyban həbsxanasında saxlanılan məhbuslar tibbi xidmətdən yararlana bilmədikləri və koronavirusa görə keçirdikləri narahatlığa görə etiraz etmişdilər. Lakin qısa müddət sonra bu etiraz həbsxana gözətçiləri ilə qarşıdurmaya çevrilmişdi. Ondan bir gün öncə, yəni martın 30-da isə Sepidar zindanında oxşar hadisələr yaşanmışdı.

 

Yayılan məlumatlarda qeyd edilir ki, hadisələr zamanı həbsxanalarda saxlanılan ərəb milli-mədəni fəalları təhlükəsizlik qüvvələri tərəfindən naməlum məkanlara aparılıb.

 

Əhvaz İnsan Haqları Təşkilatının məlumatına görə, Şeyban zindanında yaşanan qarşıdurmalar zamanı 6, 7 və 10-cu şöbələrdə baş vermiş yanğın nəticəsində 220 nəfər yanıb, onlardan 2-si isə yanıq xəsarətlərinin şiddəti və boğulma nəticəsində ölüb.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar