Əkbər Azaddan anti-Azərbaycan valinin yalan iddiasına cavab

08.12.2018, 12:59

GünAz TV: Azərbaycanlı yazıçı, tanınmış milli-mədəni fəal Əkbər Azad, Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin ötən əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı törədilən Ciloluq qətliamını inkar edən çıxışına tutarlı cavab verib.

 

Fəal, valinin qərəzli çıxışına cavab olaraq yazdığı mətndə asuri, ərəb, kürd, erməni, fars və s. daxil olmaqla bütün millətlərin təhqir olunmasına ciddi şəkildi qarşı olduğunu qeyd edib. O bildirib ki, biz Azərbaycan türkləri digər millətlərə hörmətlə yanaşdığımız halda, məntiqli şəkildə öz varlığımızı qorumağa da hazır olmalıyıq.

 

“Qərbi Azərbaycanın yerli olmayan və təhmil olunmuş valisi öyrəncilərin qarşısında irqçi bir çıxış edib. O iddia edib ki, birinci dünya müharibəsi ərəfəsində asuri ciloları Maşimunun rəhbərliyi ilə qətliam törətməyib. Bu iddia təmamiylə yanlışdır və irqçilik zəminində irəli sürülən fikirdir. Bu göstərir ki, vali Marşimun (asuri cilolarının rəhbəri),  Andranik “daşnaksütün erməni qruplaşmasının rəhbəri), İsmayıl Simitqo (talançı kürd dəstələrinin sərkərdəsi) və onların tərəfdarlarının cinayətlərindən razı qalıb. Məhəmməd Mehdi Şəhriyarinin bu şəkildə çıxış etməsi iki səbəbdən irəli gələ bilər:

“1- O adam qərəzlidir və bu sözləri ilə İsmayıl Simitqonun rəhbərliyi altında edilən cinayətləri ört-basdır etmək istəyir. Əgər belədirsə, onun Simitqo ilə hansısa bağlılığı ola bilər.

2- Ola bilsin ki, o adam tarixi bilmir. Belədirsə, onun Maşimun, Andranik, Simitqo və digərlərinin cinayətləri ilə bağlı mütaliə etməsini istərdim. Mən aşağıda bu zəmində qələmə alınmış bir neçə əsər təklif edirəm:

A- “Urmiyə, dünyanı yandıran müharibədə”: Bu əsərdə Urmiyə, Salmas, Xoy və s. kimi Azərbaycan şəhərlərində 200 min nəfərdən çox müsəlman türkün öldürüldüyü qeyd olunub.

B- “Azərbaycanın 18 illik tarixi” (Hətta bu kitab türklərin əleyihə yazılan əsərdir. Kitabın müəllifi Əhməd Kəsrəvidir)

Əslində bu əsərləri oxumaq biz türklərə daha vacibdir”- deyə Əkbər Azad yazdığı cavab mətninin bir hissəsində qeyd edib.

 

Azərbaycanlı fəal mətnin sonunda vurğulayıb ki, valiyə, etdiyi cinayətlərinə görə İbni Ziyad ləqəbi verilən Şeyx Əbidulla barəsində də oxumağı məsləhət görərdim.

 

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir.

 

Məhəmməd Mehdi Şəhriyari dekabrın 7-də ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Ciloluq qətlimanını inkar edərək onu dəyərsiz hadisə adlandırıb. Mövzu ilə bağlı öyrəncilərin qarşısında çıxış edən vali bu məsələnin gündəmə gətirilməsini Qərbi Azərbaycanın inkişafına mane olduğunu bildirib.

Onun qərəzli çıxışı güney azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılanıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycanın xarici işlər naziri İran Prezidenti ilə görüşüb

2022-07-04

gun az article

Türkiyə XİN: Qaraqalpaqıstanda baş verənləri yaxından izləyirik

2022-07-04

gun az article

İranda məhkum sayı kəskin artıb

2022-07-04

gun az article

Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib

2022-07-04

gun az article

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq

2022-07-04

gun az article

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan liderinə zəng edib

2022-07-04

gun az article

İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair sənəd sabah imzalanacaq

2022-07-04

gun az article

"İran Suriyada qətliam törədib"-Rəfsancaninin qızı

2022-07-04

gun az article

Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub

2022-07-04

gun az article

Alxanlı faciəsi: Zəhranın ölümündən 5 il ötür

2022-07-04

gun az article

İranda iki etnik bəluç öldürülüb

2022-07-04

gun az article

Dövlət Komitəsi 20 illiyini hərbçilərlə birlikdə qeyd etdi

2022-07-04

gun az article

İran mediası Azərbaycanı kiberhücumlarla hədələdi

2022-07-04

gun az article

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

2022-07-04

gun az article

Özbəkistan parlamenti Qaraqalpaqıstanın statusunun saxlanmasını dəstəkləyib

2022-07-04

gun az article

Ceyhun Bayramov İrana gedib

2022-07-04

gun az article

Tbilisidə aksiya davam edir, etirazçılar hökumət binasının qarşısına toplaşıb

2022-07-04

gun az article

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

2022-07-04

gun az article

Zabolda daha bir məhkum edam edilib

2022-07-04

gun az article

Xameneyinin SEPAH-dakı nümayəndəsi: “Qorxmadan əli tətikdə olan qüvvələr yetişdirilməlidir"

2022-07-04