SON XƏBƏRLƏR

Əksər azərbaycanlı deputatların səssiz qaldığı məsələyə Ləngrudun millət vəkili etiraz etdi: “Muğan Aqrosənaye Şirkəti olduqca ucuz...” - VİDEO

2021.10.20, 07:36
Əksər azərbaycanlı deputatların səssiz qaldığı məsələyə Ləngrudun millət vəkili etiraz etdi: “Muğan Aqrosənaye Şirkəti olduqca ucuz...” - VİDEO

Gunaz.tv

GünAz TV: İran parlamentində Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin olduqca ucuz qiymətə özəlləşdirilməsinə etiraz edilib.

 

Bu barədə Ləngrudun millət vəkili Mehrdad Bauc Lahuti İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian hesabat vermək üçün parlamantə çağırıldığı zaman çıxış edərkən danışıb.

 

“Nazir özəlləşdirmə prosesindən danışır. O bildirir ki, bu istiqamətdə düzgün addımlar atılıb. Lakin Muğan Aqrosənaye Şirkəti M.Kərbasianın zamanında özəl sektora ötürülüb. 2015-ci ildə ona təxminən 2200 min milyard tümən qiymət qoyulmuşdur. Lakin indi onun özəl sektora ötürülməsi qiyməti iki dəfə artmalı idi. Amma nazir bu kompleksi 1700 milyard tümənə satdı. Həmdə kompleks bu zəmində heç bir təcrübəsi və bacarığı olmayan bir şirkətə buraxıldı”- deyə o bildirib.

 

Millət vəkili nəhəng aqrosənaye kompleksini özəlləşdirən şirkətin fəaliyyətinə də toxunub.

“Bir şirkət ki, cari ildə 6 milyon 700 min tümən,  2016-cı ildə isə 3.5 milyon tümən vergi ödəyib. O necə 2200 min milyard tümənlik müamilə edə bilər?! Ona görə də Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksi özəl sektora buraxılmayıb, əslində bu komleks talanıb”- deyə M.B.Lahuti vurğulayıb.

 

https://www.youtube.com/watch?v=YoNZj5CC-cc

 

Bəzi azərbaycanlı deputatlar, o cümlədən Urmiyənin millət vəkili Nadir Qazipur, Ərdəbilin millət vəkilləri Südeyif Bədri və Məhəmməd Feyzi Muğan Aqrosənaye və Heyvandarlıq Şirkətinin ucuz qiymətə özəlləşdirilməsinə etiraz etsələr də, əksər yerli millət vəkilləri, xüsusi ilə də Muğan Parsabadının millət vəkili Şəkur Purhüseyn bu məsələyə heç bir reaksiya verməyib. Onlar əhalinin deyil, rejimin mövqeyinə dəstək verdiklərini bir daha nümayiş etdiriblər.

 

Ötən həftələrdə İran rejimi Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksini dəyərindən 1000 milyard tümən aşağı qiymətə özəl sektora buraxıb.

 

Ərdəbil Əyalətində yerləşən Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin 63 min hektar sahəsi var. Kompleksin tərkibində meyvə bağları və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və başqa istehsalat fabrikləri də mövcuddur. Bu şirkət yaxın şərqin ən böyük Aqrosənaye şirkəti hesab olunur.

 

Təbrizin keçmiş millət vəkili Əkbər Ə`ləmi bu barədə yazdığı bir mətndə qeyd edib ki, “əgər kompleksin əmlak, bina, avadanlıq, texnika və bol məhsullu bağ sahəsini (2600 hektar bağ sahəsi mövcuddur) nəzərə almayıb onu boş ərazi kimi nəzərdə tutsaq da, bu torpağın 1 kvadrat metri 2800 tümənə, yəni iki paket 100 qramlıq popkorndən (püfək) daha ucuz qiymətə özəlləşdirilib, bu qəbuledilməzdir.”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar