SON XƏBƏRLƏR

Ekspertlər Rusiya-Azərbaycan hakimiyyətləri arasında münasibətləri xalqlar arasındakı əlaqələrdən daha yaxşı qiymətləndirirlər

2021.10.20, 07:36
Ekspertlər Rusiya-Azərbaycan hakimiyyətləri arasında münasibətləri xalqlar arasındakı əlaqələrdən daha yaxşı qiymətləndirirlər

Gunaz.tv
Ekspertlər Rusiya-Azərbaycan hakimiyyətləri arasında münasibətləri xalqlar arasındakı əlaqələrdən daha yaxşı qiymətləndirirlər Moskva – APA. “Belarus-Rusiya intellektual klubu” ölkələr və xalqlar arasında etimad reytinqini müəyyən edib. APA-nın xəbərinə görə, 10 nüfuzlu ekspertdən ibarət mütəxəssis qrupu, əsasən, Rusiya, Belarus və Ukrayna arasında münasibətləri tədqiq edib. Lakin araşdırma zamanı Rusiyanın digər ölkələr, o cümlədən keçmiş sovet respublikaları ilə münasibətlərinə də kifayət qədər yer ayrılıb. Hakimiyyət elitaları arasında etimad dərəcəsinə görə, Rusiya-Belarus (60 bal) münasibətləri daha yaxşıdır. İkinci yerdə gözlənildiyi kimi, Rusiya-Ermənistan (54 bal) münasibətləri gəlir. Rusiya-Azərbaycan münasibətləri isə 13-cü yerə qoyulub – 37 bal. Rusiya-Ukrayna münasibətləri 16-cı (26 bal) pillədədir, Rusiya-Gürcüstan (17 bal) münasibətləri isə Rusiya-Estoniya münasibətləri ilə birgə 19-20-ci yerləri bölüşdürür. Maraqlıdır ki, Rusiya-Hindistan (47), Rusiya-Çin (43), Rusiya-ABŞ (41), Rusiya-Avropa Birliyi (38) münasibətləri Moskvanın postsovet respublikaları ilə münasibətindən yüksəkdir. Xalqlar arasında münasibətlər isə bir qədər fərqlidir. Rusiya-Belarus (78 bal) münasibətləri yenə birinci yerdədir. Ermənistanla münasibətlər isə 9-cu yerə düşüb – 41 bal. Rusiya-Azərbaycan xalqları arasında münasibətlər 30 balla 17-ci mövqeyə qoyulub (sondan 4-cü yer). Bizdən sonra ancaq Latviya, Estoniya və Gürcüstan gəlir. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar