SON XƏBƏRLƏR

Əl-Füceyrə partlayışları ilə bağlı ilk hesabat BMT Təhlükəsizlik Şurasına təqdim edilib

2021.10.20, 07:36
Əl-Füceyrə partlayışları ilə bağlı ilk hesabat BMT Təhlükəsizlik Şurasına təqdim edilib

Gunaz.tv

GünazTV: İyunun 6-da Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Norveç, Əl-Füceyrə limanında neft daşıyan 4 gəmidə baş vermiş partlayışlarla bağlı aparılan birgə araşdırmanın nəticələri ilə əlaqədar ilk hesabatı BMT Təhlükəsizlik Şurasına təqdim edib.

 

Hesabatda İranın adı birbaşa çəkilməsə də, bildirilir ki, neft tankerlərinə hücumlar bir-biri ilə koordinasiyalı şəkildə yüksək peşəkarlıqla həyata keçirilib: “Araşdırmaların ilkin nəticələrinə əsasən, bu hücumları həyata keçirmək üçün sürət qayıqlarından, eləcə də təcrübəli peşəkar dalğıclardan istifadə edilib və gəmilərin gövdəsinə yapışqan minalar quraşdırılıb.

 

Təxmin edilir ki, gəmilərə qarşı hücum əməliyyatına bir neçə komandanın üzvləri qatılıb və əməliyyat elə tənzim edilib ki, partlayışlar eyni vaxtda baş versin. Məhz bunları nəzərə alaraq, çox ehtimal ki, bu hücumların arxasında hansısa bir xarici dövlət amili durub” – deyə hesabatda bildirilir.

 

Amerika hökuməti bundan əvvəl İranı həmin hücumlarda günahlandırsa da, rəsmi Tehran Əl-Füceyrə partlayışlarında əli olmasını təkzib edib.

 

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla Müəllimi iyunun 6-da jurnalistlərə açıqlamasında hücumların arxasında İranın durduğunu bildirsə də, Rusiyanın həmin qurumdakı daimi nümayəndəsi Vladimir Safronkov buna qarşı çıxaraq, İranın partlayışlarda rol oynadığını sübut edən kifayət qədər dəlil-sübutların olmamasını bildirib. O deyib ki, araşdırmalar davam etdirilməlidir: “Bu barədə rəy bildirmək üçün tələsməməliyik” –deyə Safronkov vurğulayıb.

 

 

Xatırladaq ki, mayın 12-də körfəzdə Əl-Füceyrə limanı yaxınlığında Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə güclü partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu ziyan dəyib. Bombalı hücumların mənşəyi barədə dəqiq məlumatlar olmasa da, İranın və onun dəstlədiyi muzdlu terrorçu dəstə və  ya qruplaşmaların bu partlayışlarda əli olduğu təxmin edilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar