SON XƏBƏRLƏR

Belçika məhkəməsi iranlı terrorçunun ekstradisiyasına qadağan qoydu

2022.07.23, 02:45
Belçika məhkəməsi iranlı terrorçunun ekstradisiyasına qadağan qoydu

Gunaz.tv

İyulun 22-i axşam saatlarında Belçika parlamentinin bir qrup nümayəndəsi məhkəmənin məsələ barədə qərarını paylaşıb.

Onlar iranlı terrorçunun Belçikadan kənara, hətta qonşu ölkələrə də köçürülməsinə müvəqqəti qadağa qoyulduğunu bildiriblər.

Bu qərar Belçika parlamentinin bu ölkədə terrorçuluq fəaliyyəti ittihamı ilə həbsdə olan Əsədullah Əsədinin azadlığa buraxılmasına zəmin yaradan və 20 iyulda İranla məhbus mübadiləsi sazişinin təsdiqləməsindən sonra verilib. 

Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur.

Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar