SON XƏBƏRLƏR

Belçika parlamenti AB-nin İrana qarşı sanksiyalarının artırılmasını tələb edib

2022.11.11, 08:25
Belçika parlamenti AB-nin İrana qarşı sanksiyalarının artırılmasını tələb edib

Gunaz.tv

Belçika parlamenti həmçinin İranda hazırkı ümummilli etirazların yatırılmasında İslam İnqilabı Keşikçiləri Korpusunun rolunun araşdırılmasını tələb edib və Avropa Birliyindən İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı qabaqlayıcı tədbirlər görməsini tələb edib.

Oktyabrın sonlarında Avropa Birliyi nümayişçilərin yatırılmasında və öldürülməsindəki rollarına görə İranın bəzi qurum və rəsmilərinə, o cümlədən Əxlaq Polisinin komandirinə sanksiya tətbiq edib.

Qeyd edək ki, son 54 gün ərzində İran hökumət məmurlarının 330 nəfəri öldürməsinə, 15 mindən çox narazını saxlamasına baxmayaraq, aksiyalar davam edir və nümayişçilər İslam Respublikasının devrilməsini tələb edirlər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar