Belçika parlamenti İranla ekstradisiya sazişini təsdiqlədi

21.07.2022, 07:55

İnsan haqları təşkilatlarının etirazlarına baxmayaraq Belçika parlamenti İranla məhkumların ekstradiyasiya layihəsini təsdiqləyib.

Gunaz.tv Quote | Gunaz article

İyulun 20-də Belçika parlamentində səsə qoyulan qanun layihəsi 79 lehinə, 41 əleyhinə və 11 tərəfsiz səslə qəbul olunub.

Keçən həftə 13 ölkədən Avropa Parlamentinin 17 üzvü Belçika parlamentinə məktub yazaraq İran və Belçika arasında məhbusların ekstradisiyası ilə bağlı razılaşmanın nəticələrindən ciddi narahat olduqlarını bildirib.

Onlar bu razılaşmanın Belçikanı iranlı terrorçuların təhlükəsiz sığınacağına çevirəcəyi barədə xəbərdarlıq ediblər.

İranın 11 insan haqları təşkilatı birgə bəyanat yayaraq Belçika parlamentinin nümayəndələrindən İranla məhbus mübadiləsi sazişinə qarşı çıxmalarını istəmişdilər.

İnsan haqları təşkilatları qanun layihəsinin təsdiq edilməsinin Belçika məhkəməsində terror fəaliyyətinə görə 20 il həbs cəzasına məhkum edilmiş iranlı diplomat Əsədullah Əsədinin ekstradisiyasına gətirib çıxara biləcəyindən narahatdırlar.

Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur.

Əsədullah Əsədi İranın Avstriyadakı səfirliyində işləyərkən Nəsimə Nəami və Əmir Səduniyə mücahidlərin toplantısını hədəfə almaq üçün başqa bir şəxsin köməyi ilə yarım kiloqram partlayıcı verib.

Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.

Əsədulla Əsədi apellyasiya şikayətindən imtina edib.

Lakin apellyasiya məhkəməsi Mehrdad Arifani, Nəsimə Nəami və Əmir Səduninin şikayəti əsasında keçirilib.

Əsədullah Əsədi İran Kəşfiyyat İdarəsinin Avropadakı əsas rəsmilərindən biri kimi qeyd edilib və onun bu qitədə İslam Respublikasının casus şəbəkəsinə rəhbərlik etdiyi bildirilir.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23