SON XƏBƏRLƏR

Belçika İrana səsləndi: "Vətəndaşımızı azad edin"

2023.03.22, 06:00
Belçika İrana səsləndi: "Vətəndaşımızı azad edin"

Gunaz.tv

"İranlı həmkarım Hüseyn Əmir Abdullahyanla telefonla danışdım. Mən bir daha əsassız həbsləri pislədim.

Həmyerlimiz Oliviyer Vandekasteli tezliklə azadlığa buraxılmalı və onun saxlanma şəraiti yaxşılaşdırılmalıdır.

O, həbsdən buraxılmayana qədər biz təzyiqi davam etdirəcəyik"-XİN başçısı yazıb.

Qeyd edək ki, 41 yaşlı yardım işçisi Oliviyer Vandekastel beynəlxalq xeyriyyə təşkilatının İran departamentinin keçmiş direktorudur və  missiyasını başa vurduqdan sonra 24 fevral 2022-ci ildə Tehrana turist səfəri zamanı həbs edilib

Ona qarşı "başqa ölkənin xeyrinə casusluq", "çirkli pulların yuyulması", "valiyuta qaçaqmalçılığı" və "düşmən Amerika dövləti ilə əməkdaşlıq" ittihamları irəli sürülüb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar