SON XƏBƏRLƏR

Əl-Qaida İstanbulda ABŞ konsulluğuna hücum çəkdi

2021.10.20, 07:36
Əl-Qaida İstanbulda ABŞ konsulluğuna hücum çəkdi

Gunaz.tv
Əl-Qaida İstanbulda ABŞ konsulluğuna hücum çəkdi 8dvbmzsx.gif Hadisə zamanı 3 polis əməkdaşı həlak olub, 3 terrorçu isə öldürülüb Türkiyənin İstanbul şəhərində yerləşən ABŞ konsulluğu yaxınlığında törədilmiş partlayış nəticəsində üç polis işçisi ölüb. Türkiyə telekanalları ilə yayımlanan kadrlarda hadisə yerində dörd nəfərin cəsədi nümayiş etdirilib. "CNN Türk" telekanalı bildirib ki, silahlılar konsulluğun yaxınlığındakı maşından polisı atəş açıblar. Ankaradakı ABŞ səfirliyi «Reuters» xəbələr agentliyinə bildirib ki, hadisədən xəbərdadır. Ancaq səfirlik təfərrüatlar barədə açıqlama verməyib. NTV-nin məlumatına görə, ABŞ vizası almaq üçün konsulluğun qarşısında gözləyən şəxslər də yaralanıb. Xəbərdə bildirilir ki, binanı mühafizə edən polislər cavab atəşi açdıqdan sonra atışma başlayıb. Şahidlər atışmanın 7-8 dəqiqə davam etdiyini bildiriblər. Sonra avtomobil sürətlə hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı 3 polis əməkdaşı həlak olub, 3 terrorçu isə öldürülüb. Olaydan sonra İstanbul polisi həyəcan siqnalı ilə ayağa qaldırılıb. Şəhərin polis rəisi Cəlaləddin Cərrah və vali Müəmmər Gülər hadisə yerinə gediblər. Konsulluğun qarşısına təcili yardım maşınları da gətirilib. Ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb. Hücum edənlər “Əl-Qaida” üzvləridir ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücum edən terrorçuların məqsədi içəri keçmək olub. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, “Ford Focus” markalı avtomobildən düşən, tapança və tüfənglə silahlanmış 4 saqqallı şəxs konsulluğun giriş qapısına doğru irəliləməyə cəhd göstərib. Bu zaman təhlükəsizlik xidmətinin qapıda dayanan amerikalı əməkdaşları içəri giriblər. Türk polisləri isə terrorçulara müqavimət göstəriblər. Terrorçulardan 3-ü öldürülüb, digəri isə yaxınlaşan avtomobilə minərək olay yerindən qaçıb. 25-30 yaşlarında olan terrorçuların “Əl-Qaida” üzvü olduqları güman edilir. Öldürülən terrorçuların üzərindən dua kitabları çıxıb. Onlardan 2-nin daha əvvəl Əfqanıstana gedib-gəldikləri müəyyənləşdirilib. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar