SON XƏBƏRLƏR

ƏL-QAİDƏ TERROR TƏŞKİLATININ ƏFQANISTANDAKI RƏHBƏRİ MÜSAHİBƏ VERİB

2021.10.20, 07:36
ƏL-QAİDƏ TERROR TƏŞKİLATININ ƏFQANISTANDAKI RƏHBƏRİ MÜSAHİBƏ VERİB

Gunaz.tv
ƏL-QAİDƏ TERROR TƏŞKİLATININ ƏFQANISTANDAKI RƏHBƏRİ MÜSAHİBƏ VERİB mustafa_abu_el_yazid.jpg Əl-Qaidə terror təşkilatının Əfqanıstandakı rəhbəri hesab olunan Mustafa Əbu Əl-Yazid Pakistan telekanalına müsahibə verib. Müsahibə zamanı o, 2 iyunda İslamabaddda Danimarka səfirliyi qarşısında partlayışın Əl-Qaidə tərəfindən təşkil olunduğunu bir daha etiraf edib. Təşkilat üzvü partlayışı Danimarkanın kütləvi informasiya vasitələrində Məhəmməd Peyğəmbərin karikaturalarının dərci ilə bağlı qisas almaq üçün törətdiklərini bildirib. Əl Yazid 11 sentyabr, 2001-ci il terror aktının təşkilində və 1998-ci ildə Amerikanın Keniya və Tanzaniyadakı səfirliklərinə basqında da Əl Qaidənin bilavasitə iştirak etdiyini xatırladıb. Qeyd edək ki, Əl Yazid 2002-ci ildən Əl Qaidə terror təşkilatının birinci yüksək vəzifəli nümayəndəsidir. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar