SON XƏBƏRLƏR

Sel Qərbi Azərbaycanda ciddi fəsadlar törətdi: Evlər su altında qaldı

2021.11.04, 10:00
Sel Qərbi Azərbaycanda ciddi fəsadlar törətdi: Evlər su altında qaldı

Gunaz.tv

Bu barədə Soyuqbulaq şəhərinin bələdiyyə başçısı Əziz Əziznejadın açıqlama verib.

Onun szölərinə görə, daşqınlar şəhərin bir sıra bölgələrində gədeş-gəlişi iflic edib. Bir neçə minik avtomobilini sel aparıb.

İlkin məlumatlara görə ən azı 30 ev su altında qalıb. İnsan itkisi olmasada bölgə əhalisinə külli məbləğdə ziyan dəydiyi bildirilir.

Əziznejad gələlik xəsarətin miqyasının dəqiq bəlli olmadığını, hesablamalar bitdikdən sonra bu barədə açıqlama veriləcəyini deyib. 

Qərbi Azərbaycan əyalətinin Hidrometeorologiya Drpartamentinin verdiyi məlumata görə Soyuqbulaq bölgəsinə 30 dəqiqə ərzində düşən yağış miqdarı 20 milimetr olub.

C.E
 

تخفیف ۲۰ درصدی عوارض ساختمانی در مهاباد اجرایی شد - ایرنا

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar