SON XƏBƏRLƏR

Elçibəyin ömür yolu anıldı

2021.10.20, 07:36
Elçibəyin ömür yolu anıldı

Gunaz.tv
Elçibəyin ömür yolu anıldı elcibey.jpg Bu gün(23 iyun) Müsavat Partiyası Azərbaycan Xalq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Lent.az-ın məlumatına görə, tədbiri açan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Ə.Elçibəyin keçdiyi həyat yolunu xatırlamaq üçün belə tədbirlərə çox ehtiyac olduğunu deyib. Şərqi Avropa Demokratiya İnstitutunun rəhbəri İrina Lasota dostu olmuş Ə.Elçibəyin ildönümündə iştirak etməyi özünə fəxr bilib: “Dünyanın bir çox ölkəsində, Azərbaycanda olduğum və Elçibəylə görüşdüyüm haqda danışanda mənə heyrətlə baxırlar. Onun kimi siyasətçilər tarixdə az olub. Onlar özləri də bilmədən, istəməyərək siyasətin içində olurlar”. Millət vəkili, professor Cəmil Həsənli Ə.Elçibəy haqqında tələbə-müəllim münasibətlərindən danışıb: “Əbülfəz bəy tələbələri ilə özü arasındakı məsafəni tamamilə götürürdü. Onun dərsləri həmişə bizim üçün maraqlı olurdu. İlk dəfə olaraq onun dilindən türk dünyasının taleyi, Məmməd Əmin Rəsulzadə ilə bağlı söhbətlər eşitmişik”. Sonra Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub və başqaları Ə.Elçibəy haqqında xatirələrini danışıblar. Nigar Məmmədli, /Lent.az/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar