Urmu (Urmiya) şəhərinin fərmandarı “Əlirza Molla Məhəmmədizadə” Qərbi Azərbaycanın qubernaturu tərəfindən tutduğu vəzifədən azad edilib.
Gunaz.tv
Ötən 24 saat ərzində bu haqda söhbətlər gəzirdi. Ancaq xəbər bu gün 16 yanvar tarixində keçmiş fərmandarın özü tərəfindən təsdiq edilib.
Molla Məhəmmədizadə Qərbi Azərbaycan Əyaləti İnsan Resursları Baş İdarəsinin rəisi təyin edilib. O, oktyabr 2018-ci ildən Urmu şəhərinin fərmandarı vəzifəsini yerinə yetirirdi.
Onun yerinə isə Qərbi Azərbaycan qubernaturu “Məhəmməd Mehdi Şəhriyari”nin sərəncamı ilə Rəsul Müqabili təyin edilib.
Qeyd edək ki, Məhəmməd Mehdi Şəhriyari miliyyətcə kürddür və əyalətdə, özəlliklə Urmu şəhərində kürd kökənli kadrları irəli çəkməsi ilə tanınır.
Bu, qubernaturla Urmu bələdiyyəsinin başçısı Məhəmməd Həzrətpur arasında ixtilafların yaranmasına səbəb olmuşdur.
Məhhəmməd Həzrətpur yanvar ayının 11-də ETTELAAT məmurları tərəfindən saxlanılaraq dindirilmək üçün Tehrana aparılıb.
Urmululara Şəhər Şuraları seçkiləri ərəfəsində fərmandarın vəzifədən uzaqlaşdırılmasının məqsədli olduğunu deyirlər.
C.E