SON XƏBƏRLƏR

“Elektrik stansiyasının bu yanacaqdan istifadə etməsi Təbrizin havasını çirkləndirir”

2021.10.20, 07:36
“Elektrik stansiyasının bu yanacaqdan istifadə etməsi Təbrizin havasını çirkləndirir”

Gunaz.tv

GünAz TV: Təbriz Şəhər Şurasının rəis müavini təmsil etdiyi şəhərin havasının çirkləndirilməsi barədə həyəcan təbili çalır.

 

Soniya Əndiş bu barədə fevralın 25-də jurnalistlərin qarşısında çıxış edib.

 

“Fevralın 24-də Təbriz Şəhər Şurasının keçirdiyi iclasda Elektrik Stansiyasının mazotdan istifadə etməsi və bundan dolayı havanın çirkləndirilməsini müzakirə etdik. Qərara gəldik ki, bu məsələ valilik tərəfindən araşdırılmalıdır.”- deyə o bildirib.

 

Şəhər Şurasının rəis müavini sözlərinin davamında şəhər əhalisinin nigaranlığına toxunub.

 

“Təbriz əhalisi, xüsusi ilə də şəhərin qərb tərəfində yaşayan əhali uzun illərdir ki, Elektrik Stansiyası və Neft-kimya Şirkətinin havanı çirkləndirməsindən əziyyət çəkir. Əhali bu məsələyə dəfələrlə etiraz bildirib. Artıq bu problemi diqqət mərkəzində saxlamalıyıq.”- deyə o vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar