SON XƏBƏRLƏR

Zelenski növbəti dəfə xalqa müraciət etdi: “Qiyamət günü olacaq”

2022.03.07, 06:12
Zelenski növbəti dəfə xalqa müraciət etdi: “Qiyamət günü olacaq”

Gunaz.tv

Bunları Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti müraciətində deyib.

“Bizim Qərb tərəfdaşlarımız, siz fikirləşərkən rus əsgərləri bizim bütün aerodromlarımızı məhv etməyə çalışır”.

Bunu is barədə Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”səhifəsində yazıb.

“Bizim heç bir təyyarəmiz yoxdur. Ona görə də özümüz səmanı bağlaya bilmirik. Nəticədə dinc şəhərlər bombalanır və mülki insanlarımız ölür. Həqiqətən siz bütün bunları televiziyadan izləmək istəyirsiniz?”,-deyə Podalyak əlavə edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzda müharibə davam edir.

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini yenidən raket atəşinə tutub.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında şəhərə çoxsaylı raket zərbələri endirilib.

Qeyd olunub ki, Rusiya hərbçiləri Nikolayev şəhərini mühasirəyə alıb. Ölən və yaralılar barədə məlumat verilməyib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar