SON XƏBƏRLƏR

Əli Əhmədinin Təbriz zindanından şərti azadlığa buraxılması və məzuniyyət tələbi təmin olunmayıb

2021.10.20, 07:36
Əli Əhmədinin Təbriz zindanından şərti azadlığa buraxılması və məzuniyyət tələbi təmin olunmayıb

Gunaz.tv

GünAz TV: Təbriz Mərkəzi Zindanının məsulları güney azərbaycanlı milli-mədəni fəal Əli Əhmədinin şərti azadlığa buraxılması və məzuniyyətlə bağlı müraciətini rədd edib.

 

Muğanın Parsabad şəhərinin sakini olan fəal iyulun 13-dən Təbrizin Mərkəzi Zindanında məhkum edildiyi 7 aylıq həbs cəzasını çəkir.

 

Əldə etdiyimiz məlumata görə, azərbaycanlı fəalın şərti azadlığa buraxılması və məzuniyyət tələbi həbsxananın Şurası tərəfindən rədd edilib.

 

Əli Əhmədi 2014-cü ildə Güney Azərbaycanın “Traxtur” futbol komandasının Asiya oyunları çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandası ilə keçirdiyi görüş zamanı saxlanmışdır. O bir neçə güneyli fəal, o cümlədən Cəfər Rüstəmirad, Musa Sudi Muğanlı və Siyamək Seyfi ilə birlikdə yaxalanmışdır.

 

Fəallar birinci instansiya məhkəməsində “klubda nizam-intizamı pozmaq” ittihamı ilə 3 ay şərti həbs və 30 şallaq zərbəsi, sonralar isə Təbriz İnqilab Məhkəməsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə hər biri 7 ay həbs cəzasına məhkum edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar