SON XƏBƏRLƏR

Əli Əhmədov: "Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”

2021.10.20, 07:36
Əli Əhmədov: "Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”

Gunaz.tv

GünAz TV: "Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm”.

 

APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini, Baş Nazirin müavini Əli Əhmədov deyib. 

 

Onun fikrincə, ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər: “Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”.

 

Ə. Əhmədov bildirib ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: “Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar