GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
31 yaşlı Azərbaycan vətəndaşı "Evin"də həbsdə saxlanılır
İranın zənginləşdirilmiş uran ehtiyatı artıb-Rafael Qrossi
Knessetin komitə sədri: "İsrail Azərbaycanı özünə dost ölkə sayır"
“Kremlə dron hücumunu Rusiyadakı diversantlar təşkil edib”- ABŞ kəşfiyyatı
Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək
"Bakı 1975-ci ilin xəritəsi üzrə delimitasiyaya etiraz etmir "- Nazir
Rusiya Baltik dənizində hərbi təlimlərə başlayıb
Azad edilən ərazilərdə daha 51 mina aşkarlanıb
Tehranda Xomeyninin anım günü şənliklərlə qeyd edilib
GünAzTV: İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi yanvarın 27-də jurnalistlərə açıqlamasında Avropa ölkələri tərəfindən İran üçün nəzərdə tutulmuş xüsusi maliyyə mexanizminin (“SPV”) yaradılmasının ləngidilməsindən gileylənib.
Salehi deyib ki, nə qədər ki, gec deyil, Avropa ölkələri İranla xüsusi maliyyə mexanizminin yaradılması ilə bağlı verdikləri vədə əməl etməlidirlər: “Lakin avropalılar bu barədə verdikləri vədə əməl etməsələr, gələcəkdə baş verəcək dəyişikliklər və atılacaq addımlar hamıya ziyan edə bilər. Bir sözlə, bu, nə İrana, nə avropalılara, nə də nüvə sazişini (“Bərcam”ı) imzalamış ölkələr üçün heç də yaxşı olmayacaq.
Nüvə sazişinin əldə olunması üçün çoxlu səylər göstərilib. Elə buna görə də, biz bu sazişin onu imzalamış ölkələr tərəfindən pozulmasını istəmirik. İran İslam Respublikası bu sazişin icrası ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə əməl edib və Beynəlxalq Atom Enerjisi Təşkilatının məsələ ilə bağlı təqdim etdiyi 13 hesabatı da bunu təsdiq edir. Lakin avropalılar İranla xüsusi maliyyə mexanizminin (“SPV”) yaradılması üçün bir neçə ay əvvəl söz versələr də, verilən vədlər bu günə qədər gerçəkləşdirilməyib.
Hesab edirik ki, əgər bizimlə avropalılar arasında olan bu etimada xələl gəlsə, oyunu hamı uduzacaq. Halbuki, biz hamının bu meydandan qalib kimi çıxmasının və bir-birimizlə əməkdaşlıq etməyin tərəfdarıyıq. Biz istəyirik ki, nüvə sazişindən (“Bərcam”dan) hamı qazanc götürsün. Əgər bu meydandan heç kəs qalib çıxmasa, bu heç də avropalıların xeyrinə olmayacaq”.
A.M
31 yaşlı Azərbaycan vətəndaşı "Evin"də həbsdə saxlanılır
Xoyda çörək tapılmır: Mağazaların qarşısında izdiham yaranıb
Çin rejimi demokratiya qurbanlarının anım tədbirlərinə imkan vermədi
Muğanda təbii fəlakətdən zərər çəkənlərə yardım edilmir
SEPAH-ın döyüş qayıqları ticarət gəmisinin yolunu kəsdi-Boğazda gərginlik
"Ermənistanın çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir"-XİN
Türkiyə boğazlardan keçid rüsumunu artırır
İranda hicab qaydalarını pozanlara bank xidmətləri göstərilmir
AŞPA həmməruzəçiləri Ağdamda
Xameneyinin nümayəndəsi Türkiyəni İsraillə əlaqələrə görə qınadı
Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı dərsləri dayandırıldı
İranın rəsmi televiziyasında anti-Ərdoğan təbliğatı: "Azərbaycanın mövqeyi güclənəcək"-VİDEO
Oman Sultanı Tehrana gəldi
Güneydə Urartu dövrünə aid Yaldur qalası məhv edilir-VİDEO
“Sözümüz”də müzakirə: “Dil dərsi, sel dərdi”-VİDEO
“Azadlıq səsi”ndə müzakirə: “Müstəqillik və milli dövlətçilik” və “Türkiyədə seçkilər”- VİDEO
"ATƏT dağıla bilər" - Xarici İşlər naziri
Onlarla xanım tələbənin Tehran Universitetinə girişi qadağan edildi
Tehran məhkəməsi azərbaycanlı qadın fəala ağır cəza verdi
"Türkiyənin uğurları bizi də olduqca qürurlandırır"-İlham Əliyev