Əli Əkbər Salehi: “Bu gündən ölkə rəhbərinin tapşırığının icrasına, yeni sentrifuqaların istehsalına başlayacağıq”

05.06.2018, 16:29

GünAzTV: İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi iyunun 5-də jurnalistlərə açıqlamasında uranın zənginləşdirilməsinə başlanması ilə bağlı ölkə liderinin verdiyi tapşırığının icrasından danışıb.

 

Salehi bildirib ki, Nətənzin uranı zənginləşdirən təsisatında 190 min SWU-nun (uranın izotoplarını ayıran bölmə) icadı üçün lazım olan infrastruktur yaradılaraq işlək vəziyyətə gətirilib: “Bu gündən, ölkə liderinin tapşırığının icrasına, Nətənz nüvə təsisatında yeni sentrifuqların istehsalına başlayacağıq. Hesab edirik ki, ölkəmizə qarşı tətbiq edilən sanksiyalar ola-ola nüvə sazişinin (“Bərcam”ın) icrası mümkün deyil. Bu bizim üçün bir əsldir. Biz, nüvə sazişinin icrası ilə bağlı üzərimizə götürdüyümüz öhdəliklərə əməl edirik. Lakin nöqsanlı bir razılaşmanı qəbul edə bilmərik. Bu bizim ciddi mövqeyimizdir.

 

Nüvə sazişi tamamilə ləğv edilərsə, çox şeylər dəyişəcək. Ümid edirik ki, belə olmasın. Biz özümüzü bütün ssenarilər üçün hazırlamışıq. Dünən də Beynəlxalq Atom Enerjisi Təşkilatına məktub yazaraq hər şeyi açıqlamış, atacağımız addımları şərh etmişik. Ölkə liderinin də vurğuladığı kimi, biz nüvə sazişində qaldığımız halda ölkəyə qarşı sanksiyalar tətbiq olunmasına dözə bilmərik. Hesab edirik ki, qarşı tərəf, millətimizin iradəsini sınamamalıdır. Çünki sınanmışı yenidən sınamaq xatalı işdir”.

 

 

Iyunun 4-də islam respublikasının qurucusu axund Ruhullah Xomeyninin ölümünün 29-cu ildönümü münasibətilə tərəfdarları qarşısında çıxış edən İranın dini lideri Əli Xamneyi, ölkənin Atom Enerjisi Təşkilatına, uranın yüksək səviyyədə zənginləşdirilməsinə və bunun üçün Nətənz təsisatında 190 min SWU-nun icad olunması üçün fəaliyyətə başlaması xüsusunda tapşırıq verib: “Avropalı ölkələrin bizdən istədiyi odur ki, həm ölkəmizə qarşı tətbiq edilmiş sanksiyalar qüvvədə qalsın, həm də bizə qoyduqları nüvə qadağaları. Lakin onların bu dolaşıqlı yuxusu çin olmayacaq. Çünki, İran milləti və hökumət, onun nüvə fəaliyyəti məhdudlaşdırıldığı bir vaxtda həm də sanksiyalara məruz qoyulmasına dözməyəcək”.

 

A.M

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ukrayna MN-in kəşfiyyat rəisi: “İlin sonunadək Krıma girməliyik”

2022-05-24

gun az article

"SEPAH-da məndən məcburi etiraf aldılar"- İngiltərə vətəndaşı

2022-05-24

gun az article

"Bu il də çətinliklərimiz çox olacaq"- İran prezidentinin müavini

2022-05-24

gun az article

İranda qırıcı təyyarə qəzaya uğradı- Ölənlər var

2022-05-24

gun az article

2021-ci ildə dünyada qeydə alınmış edamların yarısından çoxu İranda icra edilib

2022-05-24

gun az article

Abadanda yaşayış binasının çökməsi ilə bağlı çox sayda məmur həbs edilib

2022-05-24

gun az article

“Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik”- Prezident İlham Əliyev

2022-05-24

gun az article

“Müharibənin qarşıdakı həftələri mürəkkəb olacaq” –Zelenski

2022-05-24

gun az article

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

2022-05-24

gun az article

Səudiyyə Ərəbistanı Ermənistana səyahətə qadağa qoyub

2022-05-24

gun az article

Öyrənci hərəkatının fəalı həbs cəzasına məhkum edilib

2022-05-24

gun az article

İranda daha üç etnik bəluç edam edilib

2022-05-24

gun az article

“Bəsic” üzvünün ölümündə müəmma

2022-05-24

gun az article

ABŞ səfiri: “Azərbaycanlılar hər zaman dağ yəhudilərinə qucaq açıb”

2022-05-23

gun az article

Azərbaycan və Rusiya XİN başçıları Ermənistanla sərhədin delimitasiyasını müzakirə edib

2022-05-23

gun az article

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb

2022-05-23

gun az article

Abadanda etiraz aksiyaları keçirilir-VİDEO

2022-05-23

gun az article

Ərdoğan Azərbaycana gəlir

2022-05-23

gun az article

Almaniya səfiri Şuşaya gedib

2022-05-23

gun az article

Abadanda çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artıb-VİDEO

2022-05-23