Əli Əkbər Salehi: “Hər saatda 60 faiz zənginləşdirilmiş 9 qram uran istehsal edirik”

2021-04-16 16:22

İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi bu gün dövlət televiziyasına açıqlamasında ölkəsinin uranı 60 faiz səviyyədə zənginləşdirmək fəaliyyətindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Salehi deyib ki, hazırda İran hər saatda yüksək səviyyədə zənginləşdirilmiş uran istehsal edir.


Bu böyük bir addmdır. Ötən çərşənbə günü bir uranın 60 faiz səviyyədə zənginləşdirilməsinə göstəriş verdik. Bu gün isə saat 00:40-da una nail ola bildik. Hazırda isə demək olar ki, hər saatda 60 faiz səviyyəsində zənginləşdirilmiş 9 qramlıq uran istehsal edirik. Əlbəttə fəaliyyətimizi elə tənzimləməliyik ki, bununla yanaşı uranı 20 faiz səviyyədə zənginləşdirməklə bağlı fəaliyyətimizi də davam etdirə bilək. 


Bir sözlə, biz hazırda həm 60 faiz, həm də 20 faiz səviyyədə zənginləşdirilmiş uran istehsal edə bilirik. Daha doğrusu, biz hazırda istənilən anda istədiyimiz səviyyədə zənginləşdirilmiş uran istehsal etməyə qadirik. Bu isə ölkəmiz üçün böyük bir nailiyyətdir.


Ötən həftə Nətənz təsisatında baş verən olaydan sonra sosial şəbəkələrdə təsisatda çirklənmə əmələ gəlməsi barədə yayılan məlumatlara gəlincə, bildirirəm ki, bu elə deyil və Nətənz mərkəzində hər hansı bir çirklənmə baş verməyib. Baş versəydi biz işçilərimizin və mütəxəssislərimizin hazırda orada işləməsinə icazə verməzdik. 


Bundan başqa, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri də gəlib Nətənz təsisatına baxış keçirdilər və orada hər hansı bir çirklənmə halına rast gəlmədilər. Çirklənmə olsaydı, MAQATE müfəttişləri ora getməzdilər. Bununla mən Nətənz təsisatında çirklənmə baş verdiyi ilə bağlı yayılan məlumatları təkzib edirəm”, -deyə İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi bildirib.

İran Fordo təsisatında sentrifuqalara qaz təzyiq olunması və  zənginləşdirilmiş uran istehsalına başlayıb 

Xatırladaq ki, bu gün Salehidən az əvvəl İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf “Twitter” hesabında paylaşım edərək, ölkəsinin uranı 60 faiz səviyyədə zənginləşdirə bilməsindən xəbər verib.


“Tam iftixarla bildirirəm ki, bu gün saat 00:40 radələrində İranın gənc və Allaha inanan nüvə alimləri uranı 60 faiz səviyyədə zənginləşdirməyə nail oldular. 


Bu uğur münasibəti ilə müsəlman və igid İran xalqını təbrik edirəm. İran millətinin iradəsi möcüzələr yaradandır və istənilən məkrli planı zərərsizləşdirəcək”, -deyə Məhəmmədbağır Qalibaf “Twitter”də etdiyi paylaşımında bildirib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Abbasəli Kədxudayi: “Sənədlərini təqdim etmiş yalnız 40 namizədin səlahiyyətinə baxılacaq”

2021-05-17

gun az article

İran Azərbaycanla sərhəd mübahisəsində Ermənistanı DƏSTƏKLƏDİ

2021-05-17

gun az article

İlham Əliyev Qəbələdə məktəb tikintisinə pul ayırdı

2021-05-17

gun az article

Türkiyə əhalisinin sayı açıqlanıb

2021-05-17

gun az article

Zəngəzur gərginliyi: “Bu məsələ 10 noyabr Bəyanatında razılaşdırılıb”-Politoloq

2021-05-17

gun az article

Xəstəxanalarda yoxlamalar - İki tibb müəssisəsinin işi Baş Prokurorluğa verildi

2021-05-17

gun az article

ABŞ-ın baş konsulu Yekaterinburqu tərk edib

2021-05-17

gun az article

Bu gündən etibarən İngiltərədə muzey, kinoteatr və hoteller fəaliyyətini bərpa edir

2021-05-17

gun az article

İran prezidentinin sabiq müşaviri vəfat edib

2021-05-17

gun az article

İranın Şimali Xorasan əyalətində 5,5 bal gücündə zəlzələ olub

2021-05-17

gun az article

Müxalifət Ermənistan hakimiyyətini istefaya səslədi

2021-05-16

gun az article

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA

2021-05-16

gun az article

Azərbaycanda son sutkada 1 122 nəfər COVID-19-dan sağalıb, 472 nəfər yoluxub

2021-05-16

gun az article

Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı

2021-05-16

gun az article

Son 15 ildə Azərbaycanda insan alveri ilə bağlı 4 248 cinayət faktı qeydə alınıb

2021-05-16

gun az article

Roma Papası Qəzza ilə bağlı çağırış edib

2021-05-16

gun az article

İranda koronavirusdan daha 303 nəfər ölüb, 11 291 nəfər virusa yoluxub- RƏSMİ STATİSTİKA

2021-05-16

gun az article

Dünya Bankı: Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək

2021-05-16

gun az article

Şəhid zabitin dəfnindən FOTOLAR

2021-05-16

gun az article

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayır

2021-05-16