Əli Əkbər Salehi: “Nüvə razılaşmasının bərpası artıq texniki mərhələsinə daxil olub”

2021-04-03 13:24

İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi aprelin 2-də jurnalistlərə açıqlamasında İranla Avropa tərəfləri arasında Amerikanın nüvə sazişinə (“Bərcam”a) qayıtması barədə keçirilmiş video-konfransından və qarşı tərəflərin nüvə sazişinin bərpası istiqamətində göstərdiyi cəhdindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Salehi deyib ki, yeni nüvə müzakirəsi çıxılmaz vəziyyətdən çıxıb və kimin ilk addım atması məsələsi artıq geridə qalıb.


“Hazırda nüvə sazişinin bərpası artıq demək olar ki, texniki mərhələsinə daxil olub. Tərəflər arasında virtual qaydada keçirilən iclas daha çox siyasi və hüquqi kontekstdə olub. Bununla da demək olar bir neçə addım irəliləmişik. 


Mən indiki mərhələdə aparılan daxnışıqların detallarını açıqlaya bilməyəcəyəm və müzakirənin təfərrüatlarının ictimaiyyətə işıqlandırılması üçün bir həftə dözməliyik. 


Nüvə sazişini imzalamış tərəflərin raılaşmaya əsasən üzərlərinə götürdükləri öhdəliklərin icrasına qayıtması məsələsinə gəldikdə, bu bir az vaxt tələb edir. Daha doğrusu, İranın öz öhdəliklərinin icrasına qayıtması üçün ən azı 2-3 ay vaxta ehtiyacı var.


Lakin başlanğıcda, İran bəzi fəaliyyətlərini dayandıra, yeni sentrifuqların quraşdırılmasından vaz keçə, uranın zənginləşdirilməsi faizi barədə qarşı tərəflərlə razılığa gələ və uranı 20% səviyyəsində zənginləşdirməklə bağlı fəaliyyətini dayandıra bilər”, -deyə İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında bildirib. 


Xatırladaq ki, aprelin 2-də İranın Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya ilə Amerikanın nüvə sazişinə (“Bərcam”a) qayıtması barədə video-konfrans şəklində virtual iclası keçirilib.


Avropa Birliyinin təşəbbüsü ilə keçirilən iclasda Avropa heyətinə AB-nin xarici siyasət məsulu Josep Borrell-in müavini, ispaniyalı diplomat Enrike Mora, İran heyətinə isə Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin müavini Abbas Əraqçi başçılıq edib.


İclasda tərəflər 2015-ci ildə imzalanmış nüvə razılaşmasının gələcəyi və Amerikanın nüvə sazişinə (“Bərcam”a) qayıtması şərtləri və bununla bağlı qarşıdakı perspektiv müzakirə edilib.


Danışıqların detalları mediaya açıqlanmasa da, növbəti müzakirələrin aprelin 6-da Vyanada üz-üzə aparılacağı bildirilib.

نماینده ایران در آژانس می‌گوید سانتریفیوژهای پیشرفته بیشتری به نطنز اضافه  شد - BBC News فارسی

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

2021-08-03

gun az article

"Diriliş Ertuğrul"un aktyoru infarktdan dünyasını dəyişdi

2021-08-03

gun az article

Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib

2021-08-03

gun az article

Qırğızıstanın keçmiş Baş naziri saxlanıldı

2021-08-03

gun az article

Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə dəstək

2021-08-03

gun az article

Bakının yekun Baş Planı bu ayın sonunda Nazirlər Kabinetinə göndəriləcək

2021-08-03

gun az article

ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı

2021-08-03

gun az article

Tokio-2020: Azərbaycan üçüncü medalını qazanıb

2021-08-03

gun az article

Gürcüstanda yoluxma kəskin artır: Yeni antirekord

2021-08-03

gun az article

Mazandaran əyalətində 3 bəhai kəndli ailəsinin evləri dağıdılıb - VİDEO

2021-08-03

gun az article

Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

2021-08-03

gun az article

İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib

2021-08-03

gun az article

Sabiq deputat Eldəniz Səlimov saxlanılıb

2021-08-03

gun az article

İsraildən Avropa Birliyinə çağırış: ""Tehran qəssabı"nın andiçmə mərasiminə qatılmayın"

2021-08-03

gun az article

Xamneyi yeni "seçilmiş" prezident İbrahim Rəisinin səlahiyyətlərini təsdiq etdi

2021-08-03

gun az article

Azərbaycanda polisi döyən deputatın səlahiyyətlərinə xitam verildi

2021-08-03

gun az article

Blinken: “İranın İsrail gəmisinə qarşı hücumuna koordinasiyalı şəkildə ortaq cavab verəcəyik”

2021-08-03

gun az article

Azərbaycanda benzin bahalaşdı

2021-08-03

gun az article

Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib

2021-08-03

gun az article

Boris Conson: “İran İsrail gəmisinə etdiyi dəhşətli hücumun nəticələri ilə üzləşməlidir”

2021-08-03