Əli Əkbər Vilayəti: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır”

2020-10-06 13:04

İranın “dini lider”inin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti oktyabrın 6-da mediaya açıqlamasında Qarabağ münaqişəsindən və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən danışıb.

Gunaz.tv Quote | Gunaz article


Ermənistanla Azərbaycan arasındakı ixtilafın hərbi yolla həllinin qeyri-mümkün olduğunu vurğulayan Əli Əkbər Vilayəti Türkiyə və Fransanın münaqişə tərəflərinə dəstəyini tənqid edərək deyib ki, Ermənistan öz qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkməlidir: “Hesab edirik ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır. Biz sionist rejimin Fələstin ərazilərini işğal etməsinə müxalif olduğumuz kimi, burada da eyni mövqedən çıxış edirik. Bu ixtilafı hərbi yolla yox, siyasi danışıqlar yolu ilə həll etmək lazımdır. 


Biz bütün ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılması prinsipinə hörmətlə yanaşırıq. Bu isə BMT Bəyannaməsinin bəndlərindən biridir. Biz isə BMT-nin bir üzvü olaraq, bu bəndin icrasına israr edirik. Xüsusən də ki, münaqişə tərəflərin bizim iki şimal qonşumuzdur. Burada bir ölkənin əraziləri digər ölkə tərəfindən işğal olunub. Daha doğrusu, Azərbaycan Respublikasının cənubunda bəzi bəzi ərazilər, təxminən 7 şəhər Ermənistan tərəfindən işğal edilib. Bu barədə BMT 4 qətnamə qəbul edib və bütün qətnamələrdə də deyilir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməli, beynəlxalq sərhədlərə qayıtmalıdır. Bizim hamımız isə BMT-nin üzvü olaraq bu qətnamələrə riayət olunmasının tərəfdarıyıq. 


Biz istəyirik ki, Erməmənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarsın. İşğal nəticəsində 1 milyondan çox azərbaycanlı yerindən yurdundan didərgin düşüb və hesab edirik ki, onlar tezliklə öz torpaqlarına qayıtmalıdırlar. 


Burada toxunmaq istədiyim digər məsələ odur ki, bu işi hərbi yolla həll etmək mümkün deyil. Problem siyasi yollarla öz həllini tapmalıdır. Elə buna görə də biz münaqişə tərəflərindən hər bizinin hərbi addıma əl atması ilə müxalifik. Çünki belə olan halda bu savaşda uduzan tərəf insanlardır. Xüsusən də ki, son günlər yaşayış məntəqələri də bombardman edilir. Düşünürük ki, bu müharibə iki ölkə xalqlarının mənafeyinə zidd olduğu kimi, regionun təhlükəsizliyinə də xələl gətirir. 

 

Bu arada bəzi xarici qüvvələr də bu savaşı qızışdırırlar. Misal üçün sionist rejimi və Türkiyə kimi ölkələr. Axı görəsən Türkiyə nəyə görə bu savaşın davam etdirilməsinə israr edir. Bu ölkə (Türkiyə) bacara bilsə yardım etməlidir ki, müharibə başa çatsın, biz şərtlə ki, Azərbaycanın işğal olunmuş şəhərləri hökmən azad olunsun. 


Sionist rejimə gəldikdə, bu rejim kökündən qeyri-legitimdir və fələstinlilərin əraziləri üzərində qurulduğuna görə onun bu işə qarışmağa və fikir irəli sürməyə heç bir haqqı yoxdur. Lakin Türkiyədəki dostlarımıza tövsiyə edirik ki, alovun üstünə neft tökmək əvəzinə yardım etsinlər ki, biz və regionun digər ölkələri məzlumu dəstəkləyək və imkan daxilində Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına yardım edək. 


Fransaya gəldikdə isə, bu ölkə dünyanın obiri başından bu məsələyə müdaxilə edir, tez-tez bəyanatlarla çıxış edir. Bu məsələnin Fransaya nə dəxli var ki. Biz regionun təhlükəyə məruz qalmasına, başqa-başqa ölkələrin buraya gəlib Cənubi Qafqazda və İranın şimal sərhədlərinin təhlükəsizliyini pozmasına imkan verməyəcəyik. 


Bəzi təkfirçi terrorçuların regiona gəlişi ilə bağlı suala gəlincə, ümid edirik ki, bu xəbər düz olmasın. Əgər bu barədə yayılan məlumatlar düz çıxsa, bu işin səbəbkarı olan bütün şəxslər, eləcə də “Əl-Qaidə” və “İŞİD” kimi radikal və ifratçı qüvvələrin bu həssas bölgəyə gəlişinə görə məsuliyyət daşımalı olacaqlar. Əlbəttə mənim bu kimi qüvvələrin regiona gəlişindən xəbərim yoxdur. Belə bir iş olmuş olsa özü-özlüyündə təhlükəlidir və biz onun qarşısını almalıyıq” -deyə, İranın “dini lider”inin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib.


Qeyd edək ki, Əli Əkbər Vilayəti mediaya açıqlamasında əsasən, Azərbaycanın 7 rayonun işğaldan azad olunmasından danışsa da, 30 ilə yaxındır Ermənistan tərəfindən işğalı edilən Azərbaycanın tarixi ərazisi olan dağlıq Qarabağ bölgəsinin işğaldan azad olunmasının vacibliyinə toxunmayıb.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı açıqlanıb

2021-06-22

gun az article

BMT-nin Ali nümayəndəsi: "Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim"

2021-06-22

gun az article

Ned Prays: “Nüvə sazişinin dirçəldilməsindən sonra İranla daha əhatəli məsələlərlə məşğul olacağıq”

2021-06-22

gun az article

Şuşa Şəhəri Dövlət Qoruğunun İdarə Heyəti yaradılacaq

2021-06-22

gun az article

Azərbaycanda son sutkada 111 nəfər COVID-19-dan sağalıb, 47 nəfər yoluxub, ölən olmayıb

2021-06-22

gun az article

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması rəsmən təsdiqləndi

2021-06-22

gun az article

Yaponiya və ABŞ birgə hərbi təlim keçirəcək

2021-06-22

gun az article

Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib

2021-06-22

gun az article

Kəlbəcərin elektrik enerjisi ilə təminatına 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

2021-06-22

gun az article

General: "NATO Azərbaycanı etibarlı tərəfdaş hesab edir"

2021-06-22

gun az article

Əlillik ala bilməyən qazilərə maddi yardım edilsin - Deputatdan təklif

2021-06-22

gun az article

Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb

2021-06-22

gun az article

Britaniyalı deputat Azərbaycanı tənqid edənləri ikiüzlü adlandırıb

2021-06-22

gun az article

Cozep Borrel: “Ümid edirik ki, İbrahim Rəisinin prezident seçilməsinin nüvə danışıqlarına mənfi təsiri olmayacaq”

2021-06-22

gun az article

İran “yumşalır”?- “Yeni prezidentin digər xalqlara münasibəti sərt olacaq”-Politoloq

2021-06-22

gun az article

Deputatlar Şuşa Bəyannaməsinin imzalanmasını yüksək qiymətləndirir

2021-06-22

gun az article

Ağ Ev: “ABŞ prezidentinin İranın yeni rəhbəri ilə görüşmək niyyəti yoxdur”

2021-06-22

gun az article

Hikmət Hacıyev Qarabağ qaziləri ilə: "Əziz qardaşlar, haqqınızı bizə halal edin!"

2021-06-22

gun az article

Avstraliyada ermənilərin təxribatının qarşısı alınıb

2021-06-22

gun az article

İlham Əliyev BMT Baş katibinə məktub göndərib

2021-06-22