SON XƏBƏRLƏR

Əli Əkbər Vilayəti: “İsrailin bu hücumu cavabsız qalmayacaq”

2021.10.20, 07:36
Əli Əkbər Vilayəti: “İsrailin bu hücumu cavabsız qalmayacaq”

Gunaz.tv

GünAzTV: Dəməşqdə iki günlük səfərdə olan İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, aprlin 10-da jurnalistlərə açıqlamasında İsrailin Suriyanın Homs əyalətindəki “T-4” hərbi bazasına raket hücumundan və olayda həlak olan “Sepah” muzdlularından danışıb.

 

İsrailin Suriyanın hava bazasına raket hücumunu kəskin pisləyən Vilayəti deyib ki, göstərilən bütün təzyiqlərə baxmayaraq, İran, müttəfiqi sayılan Bəşər Əsəd rejiminə dəstəyini davam etdirəcək: “Qəti şəkildə bildirirəm ki, İsrailin bu cinayəti cavabsız qalmayacaq. Biz, bütün gücümüzlə Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını dəstəkləyir və Suriya hökumətinə dəstəyimizi bundan sonra da davam etdirəcəyik”.

 

Vilayəti həmçinin, Suriya rejiminin öz dinc əhalisinə qarşı kimyəvi silahlardan istifadə etməsini təkzib edərək, bunu, Qərbin Bəşər Əsəd rejiminə qarşı şantajı kimi qiymətləndirdiyini bəyan edib.

 

Xatırladaq ki, aprelin 9-u sübh saatlarında İsrailin Suriyanın Homs əyaltindəki “T-4” hərbi hava bazasına raket hücumunda, 7-si “Sepah” muzdlusu olmaqla ən azı 14 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar