SON XƏBƏRLƏR

Əli Əzizi Urmiyənin mərkəzi təcridxanasına köçürülüb

2021.10.20, 07:36
Əli Əzizi Urmiyənin mərkəzi təcridxanasına köçürülüb

Gunaz.tv

GünAz TV: Urmiyə sakini olan güney azərbaycanlı milli-mədəni fəal yaşadığı şəhərin mərkəzi təcridxanasına köçürülüb.

 

O iyunun 2-də Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasına qatılıb. Fəalın barəsində bundan əvvəl çıxarılan mülki vəsiqənin məbləği məhkəmə tərəfindən artırıldıqdan sonra, o “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb. Fəalın vəziyyəti haqda bir neçə gün heç bir xəbər olmayıb.

 

Məlumata görə, Əli Əzizi iyunun 8-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Urmiyənin mərkəzi təcridxanasına köçürüldüyünü bildirib.

 

Həmin dosyeyə görə məhkəməyə çağırılan Əta Kərimi ona rəsmi çağırış vərəqəsi göndərilmədiyi üçün məhkəmə iclasına qatılmaqdan imtina edib.

 

Əli Əzizi və Əta Kərimi iyunun 1-də telefon vasitəsi ilə məhkəməyə çağırılmışdır.

 

Əta Kərimi və Əli Əzizi 4 il əvvəl (hicri-şəmsi təqvimi ilə 1394-ci ilin xordad ayında) Urmiyədə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb, onlar mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəallara saxlandıqları zaman “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşdikləri elan olunub.

 

Qeyd edək ki, 2016-cı ildə Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsi dosyenin qapanması və fəalların təqib olunmasına son verən qərar qəbul edib, lakin hökm prokuror müavininin etirazı ilə qarşılanıb, o yenidən məhkəmə işinin açılmasını istəyib.

Fəallar bu müddətdə dəfələrlə məhkəməyə müraciət edərək dosyelərinin uzun müddətdir qapanmamasına öz etirazlarını bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar