SON XƏBƏRLƏR

Əli Laricani: “Əgər qonşu ölkələr Amerikanın İrana qarşı koalisiyasına qatılsalar bunun bədəlini ödəməli olacaqlar”

2021.10.20, 07:36
Əli Laricani: “Əgər qonşu ölkələr Amerikanın İrana qarşı koalisiyasına qatılsalar bunun bədəlini ödəməli olacaqlar”

Gunaz.tv

GünazTV: İran parlamentinin sədri Əli Laricani iyulun 2-də jurnalistlərə açıqlamasında Amerikanın regionda islam respublikasına qarşı yaratmağa çalışdığı koalisiyadan, İran qonşularından və Tramp hökumətinin Əli Xamneyiyə qoyduğu sanksiyadan danışıb.

 

O deyib ki, Amerika bölgədə İrana qarşı koalisiya yaratmaqda uğursuzluğu düçar olub: “Bunun səbəbi isə bəllidir. Çünki bizim qonşu ölkələr yaxşı bilirlər ki, əgər onlar Amerikanın İrana qarşı yaratmaq istədiyi koalisiyaya qatılsalar, bunun bədəlini ödəməli olacaqlar. Amerika prezidenti Donald Trampın İranın dini liderinə qarşı qoyduğu sanksiyaya gəlincə, mən bundan təəssüflənirəm. İranın dini liderinin məgər nəyi var ki, siz ona sanksiya qoyursunuz” –deyə Əli Laricani əlavə edib.

 

Qeyd edək ki, İran rəhbərləri dəfələrlə bildiriblər ki, Amerika İrana hücum edəcəyi təqdirdə, onlar Vaşinqtonun regional müttəfiqlərini, o cümlədən də İsraili hədfə alacaqlar. Bu arada Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bölgənin bir sıra digər ölkələri Tramp hökumətinin İrana qarşı yürütdüyü siyasətini açıq şəkildə dəstəkləyirlər.

 

Xatırladaq ki, Donald Tramp iyunun 24-də “Sepah”-ın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasına cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, yeni sanksiyalar Əli Xamneyinin özünə, onun işçilərinə və yaxın ətrafına şamil ediləcək, onlara axan maliyyə vəsaitlərinin qarşısını alacaq. Yeni sanksiyalara həmçinin “Sepah” terror təşkilatının 8 komandanı da tuş gəlib.

 

 

İrandakı siyasi və iqtisadi ekspertlərin bildirdiyinə görə, Əli Xamneyinin və onun başçılıq etdiyi qurumların dünyanın müxtəlif ölkələrində başqa-başqa adlarla yatırdığı sərmayənin ümumi məbləği 200 milyard dollar civarındadır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar