Əli Mütəhhəri: “İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı repressiyalarına göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır”

2020-08-02 21:45

İran parlamentinin keçmiş deputatı Əli Mütəhhəri avqustun 2-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İran rejiminin Çin hökumətinin uyğur müsəlmanlarına qarşı təzyiq və repressiyalarına göz yummasına kəskin etiraz bildirib.

Gunaz.tv Quote | Gunaz article

 

Mütəhhəri deyib ki, İran hakimiyyəti iqtisadi baxımdan Çinə möhtac olduğu üçün  onun uyğur müsəlmanlarına qarşı zülmünə göz yumur: “İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı zülm və repressiyaları qarşısında susması və buna göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır” –deyə Əli Mütəhhəri bildirib.


Mütəhhəri bundan əvvəl də başqa bir tvitində İranla Çin arasında razılaşdırılmış 25 illik əməkdaşlıq sənədinin möhtəvasına etiraz bildirərək, rəsmi Tehranın Pekinlə hər hansı bir əməkdaşlıqdan əvvəl Çindəki uyğur müsəlmanlarının acınacaqlı taleyi barədə mövqe bildirməsini tələb etmişdi: “İranla Çin arasında 25 illik əməkdaşlıq sənədinin məzmunu hələ bir kənara qalsın, lakin sənədin imzalanmasından əvvəl məscidləri dağıdılan, öz din və mədəni kimliyindən əl çəkmək üçün Çinin icbari əmək düşərgələrində işgəncə altında saxlanılan 2 milyon uyğur müsəlmanının taleyi müəyyən edilməlidir” –deyə, Əli Mütəhhəri bildirmişdi. 


Avqustun 2-də İran parlamentinin iclasında çıxış edən deputat Mahmud Əhmədi Biğəş, Mütəhhərinin “Twitter”də paylaşdığı bu yazısını rədd edərək, Çin hökumətinin uyğur müsəlmanları ilə hər hansı bir problemi olmadığını deyib: “Son vaxtlar həmişə tələbkar olan bəzi xasiyyətsiz siyasətçilərin hökumətin Çin müsəlmanları ilə bağlı siyasəti barədə yaydığı tənqidi fikirlər və iddialar yalandır və ölkənin milli təhlükəsizliyinə qarşı zidd addımdır. 


Aparılan araşdırmalar göstərir ki, Çin hökumətinin on minlərlə uyğur müsəlmanı ilə heç bir problemi yoxdur. Beləliklə də Çin müsəlmanlarını Fələstin müsəlmanları ilə müqayisə etmək qərbə meyillənən fitnədən başqa bir şey deyil. Aydın məsələdir ki, bu kimi bəyanatların səsləndirilməsi İranla Çin arasındakı münasibətlərə xələl gətirmək və ona təsir etmək məqsədi güdür” –deyə, İran parlamentinin deputatı Mahmud Əhmədi Biğəş əlavə edib.


Mahmud Əhmədi Biğəşin bu çıxışından sonra Əli Mütəhhəri “Twitter” də paylaşdığı yeni bir yazısında iranlı deputatın məsələyə münasibətini kəskin tənqid edib: “Deputat Mahmud Əhmədi Biğəşin Çin kommunist rejiminin uyğur müsəlmanlarına qarşı böyük zülmündən məlumatsızlığı heç də təəccüblü deyil. Çünki onun kimi şəxslər öz məlumatlarını yalnız dövlət radio-televiziyasından əldə edirlər. İran Dövlət Radio-Televiziyası isə dünya mediasından fərqli olaraq, bu günə qədər Çinin müsəlmanlar yaşayan bölgələrində islamın kökünün necə kəsildiyi barədə hər hansı bir məlumat və reportaj yaymayıb” –deyə, İran parlamentinin keçmiş deputatı Əli Mütəhhəri “Twitter” də paylaşdığı yazısında bildirib. 


A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı

2021-05-16

gun az article

Son 15 ildə Azərbaycanda insan alveri ilə bağlı 4 248 cinayət faktı qeydə alınıb

2021-05-16

gun az article

Roma Papası Qəzza ilə bağlı çağırış edib

2021-05-16

gun az article

İranda koronavirusdan daha 303 nəfər ölüb, 11 291 nəfər virusa yoluxub- RƏSMİ STATİSTİKA

2021-05-16

gun az article

Dünya Bankı: Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək

2021-05-16

gun az article

Şəhid zabitin dəfnindən FOTOLAR

2021-05-16

gun az article

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayır

2021-05-16

gun az article

Baş konsul: “Ermənistan adi məsələdən yersiz təşviş yaradır”

2021-05-16

gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15