SON XƏBƏRLƏR

Əli Mütəhhəri: “İsrail hədəfimizdədir”

2021.10.20, 07:36
Əli Mütəhhəri: “İsrail hədəfimizdədir”

Gunaz.tv

GünazTV: İran parlamentinin sədrinin canişini Əli Mütəhhəri mayın 12-də jurnalistlərə açıqlamasında Amaerikanın “USS Abraham Lincoln” təyyarə daşıyan gəmisinin bölgəyə göndərilməsindən və Vaşinqtonun İrana qarşı mümkün savaşından danışıb.

 

O bildirib ki, ABŞ hərbi qüvvələrinin körfəzə göndərilməsi, Vaşinqtonun İrana qarşı başlatdığı psixoloji bir savaşdan başqa bir şey deyil: “Hesab edirəm ki, Amerika İranla müharibəyə girməyəcək. Amerikalılar belə bir savaşa hazır deyil. Çünki onlar, yaxşı bilir ki, İsrail bizim hədəfimizdədir. Məhz buna görə də, güman edirəm ki, onlar özlərini belə bir təhlükəyə salmayacaqlar” –deyə Əli Mütəhhəri əlavə edib.

 

Xatırladaq ki, bundan əvvəl İranın bir səra rəsmiləri Amerikaya qarşı təhdid dolu bəyanatlar səsləndirərək, bu ölkənin İrana qarşı hücumundan sonra "Tel-Əvivin yerlə yeksan ediləcəyini" bildiriblər.

 

Amerikanın "USS Abraham Lincoln" təyyarə daşıyan gəmisi

 

Qeyd edək ki, son günlər Amerika Birləşmiş Ştatları özünün “USS Abraham Lincoln” təyyarə daşıyan gəmisini və B-52 bombardımançı təyyarələrini bölgəyə göndərib. Vaşinqton, İranın ABŞ-ın maraqlarına və onun regional müttəfiqlərinə qarşı baş tuta biləcək hər hansı bir hücumunun qarşısının alınması üçün bu addımı atdığını bildirib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar