SON XƏBƏRLƏR

Əli Pormehr 92 faiz səslə “Traxtur” marşı haqda keçirilən rəy sorğusunun qalibi olub

2021.10.20, 07:36
Əli Pormehr 92 faiz səslə “Traxtur” marşı haqda keçirilən rəy sorğusunun qalibi olub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda çoxları tərəfindən sevilən tanınmış muğənni Əli Pormehr “Traxtur” marşı haqda keçirilən rəy sorğusunda respondentlərin 92 faiz səsini qazanaraq qalib gəlib.


Hər zaman İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və Ettelaat İdarəsinin mövqeyini dəstəkləyən müğənni Rəhim Şəhriyari isə respondentlərin yalnız 8 faiz səsini qazanıb.


“Traktor Klub Teleqram Kanalı” tərəfindən keçirilən rəy sorğuda Əli Pormehrin 11 min 881, Rəhim Şəhriyarinin isə 851 səs qazandığı bildirilir.


Azərbaycan Milli Hərəkatına qarşı çıxış edən Rəhim Şəhriyarinin rəy sorğuda bu şəkildə məğlub olması əvvəldən gözlənilən idi.


Əli Pormehr bundan əvvəl İran televiziyasında keçirilən rəy sorğuda da bütün rəqiblərini, o cümlədən Rəhim Şəhriyarinin böyük fərqlə geridə qoyub.


Uzun müddət cəhddən sonra Təbrizdə konsert keçirmək  üçün rəsmi icazə alan Əli Pormehr “Traxtur” loqosunun əks olunduğu geyimlə səhnəyə çıxaraq mahnı oxuyub. Müğənni “Traxtur” tərəfdarlarına sevimli komanda haqda yeni mahnı hazırlayacağına da söz verib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar