SON XƏBƏRLƏR

Əli Pormehrə “Traxtur” komandası ilə bağlı yeni mahnı oxumağa icazə verilmir

2021.10.20, 07:36
Əli Pormehrə “Traxtur” komandası ilə bağlı yeni mahnı oxumağa icazə verilmir

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı müğənni Əli Pormehr “Traxtur” futbol komandası üçün hazırladığı yeni mahnını oxuya bilmir.

 

Müğənni bu barədə İnstaqram səhifəsində məlumat yayaraq rəsmi orqanın “Traxtur” mahnısına qadağa qoyduğunu bildirib.

 

“Tehran və digər şəhərlərdə konsertlərlə bağlı son qərarı verən bir şura var. Tehrandakı Təmin Şurası bundan əvvəl alınan rəsmi icazəyə rəğmən “Traxtur” mahnısının Təbrizdə mənim tərəfindən oxunmasına icazə vermədi. Bunun səbəbi yalnız özlərinə məlumdur. Mən də bir çox dostlar kimi bu məsələdən incidim. Bu mahnıya bir il vaxt qoymuşdum. Nəzərdə tutulan konsertə qədər səy göstərdim, lakin nəticə olmadı, hətta reklam bilbordlarımı da aşağı çəkdilər”- deyə o bildirib.

 

Müğənni vurğulayıb ki, xüsusi eşqlə yazıb hazırladığı  mahnını oxumaq üçün səylərini davam etdirəcək.

 

Azərbaycanlı gənc sənətkar təhlükəsizlik qüvvələrinin təzyiqi nəticəsində noyabrın 28-i Təbriz vaxtı ilə saat 14:30 radələrində yaydığı postun mətnini dəyişdirməyə məcbur olub.

 

Ötən ilə qədər musiqi sahəsinə nəzarət edən rəsmi sistem bir mafiya kimi Əli Pormehrin Təbrizdə konsert keçirməsinə icazə vermirdi.

 

Qeyd edək ki, Əli Pormehr Azərbaycan türkcəsində ifa etdiyi mahnılarla Azərbaycanda çoxlarının rəğbətini qazanıb. Onun soyadı doğulduğu Muğan məntəqəsində yerləşən “Pəlməyer” kəndinin adından götürülüb. Bu kəndin adı farslaşdırma siyasətinin tətbiq edilməsi nəticəsində “Pormehr” sözü ilə dəyişdirilib.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar