SON XƏBƏRLƏR

Əli Pormehrin bu sözü azərbaycanlıları hiddətləndirdi – VİDEO

2021.10.20, 07:36
Əli Pormehrin bu sözü azərbaycanlıları hiddətləndirdi – VİDEO

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı müğənni Əli Pormehr İnstaqram səhifəsində yaydığı bir videoda səhifəsində koment yazanlarla bağlı gözlənilməz açıqlama verib.

 

Təbrizdə keçirdiyi son konsertdə siyasi olmadığını deyən müğənni dolayı yolla Azərbaycan və Türkiyə bayraqlarını səhifəsində görmək istəmədini bildirib.

 

O videonu dekabrın 3-də İnstaqram səhifəsində yayıb.

 

Müğənni “mənim ölkəm İrandır” deyərək azərbaycanlı internet istifadəçilərini səhifəsində “başqa ölkələrin” bayrağını yaymamağa çağırıb.

 

Şübhəsiz ki, Əli Pormehr “başqa ölkələr” deyəndə Azərbaycan Respublikası ilə Türkiyəni nəzərdə tutur. Ona görə ki, güneyli fəal gənclər sosial şəbəkələrdə yalnız bu iki bayraqla çıxış edir.

 

“Mən Azərbaycan, “Traxtur” və ana dilimi çox sevirəm. Lakin bunu heç zaman İran coğrafiyasının kənarında istəməmişəm və istəməyəcəm. Mənim fəaliyyətimə yalnız mədəniyyət gözü ilə baxın. Mən siyasi deyiləm, məni siyasiləşdirməyin”- deyə müğənni əlavə edib. 

 

Güney Azərbaycanın ictimai-siyasi ədəbiyyatında “mən siyasi deyiləm” ifadəsi “mən fars şovinizminin qarşısında susuram” kimi başa düşülür.

 

Əli Pormehrin bu çıxışı güneyli fəalların kəskin etirazı ilə qarşılanıb, hazırda onun İnstaqram səhifəsində etiraz komentlərin sayı durmadan artır.

 

Bəzi etirazçılar Əli Pormehrin təzyiqlər altında belə çıxış etdiyini iddia etdiyi halda, bir çoxları onu konsertə icazə almaq və şəxsi mənafeyinə görə mövqeyini dəyişməkdə günahlandırıb. Bir sıra internet istifadəçiləri isə onu ümumiyyətlə “ikinci Rəhim Şəhriyari” adlandırır. Bildirilir ki, Əli Pormehrin kim olduğu zaman içində məlum olacaq.

 

Bir çox soydaşımız isə hesab edir ki, müğənnidən bundan artıq gözləmək düzgün deyil. O istənilən halda türk dilində mahnılar oxuyur, bunu qiymətləndirmək lazımdır.

 

Əli Pormehr oxuduğu Azərbaycan mahnıları ilə soydaşlarımızın sevimli müğənnisinə çevrilmişdir. O bir çox mahnısında Azərbaycan və türk millətini vəsf edib.

 

https://www.youtube.com/watch?time_continue=9&v=rcAuMrSmljU

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar