SON XƏBƏRLƏR

Əli Rəbii: "Koronavirus ölkədə 7.3 milyon nəfərin əmək fəaliyyətinə təsir göstərib"

2021.10.20, 07:36
Əli Rəbii: "Koronavirus ölkədə 7.3 milyon nəfərin əmək fəaliyyətinə təsir göstərib"

Gunaz.tv

GünAz TV: İran hökumətinin sözçüsü Əli Rəbii koronavirusun ölkədə rəsmi və qeyri-rəsmi formada işləyən 7.3 milyon nəfərin əmək fəaliyyətinə mənfi təsir göstərdiyini deyib.

 

Onun sözlərinə görə, koronavirus birbaşa olaraq rəsmi qaydada işləyən 3.3 milyon insana zərər vurmaqla yanaşı, 4 milyon qeyri-rəsmi işləyənin vətəndaşı əmək fəaliyyətinin və əməkhaqqının azalması, eləcə də işdən çıxarılma təhlükəsi ilə üz-üzə qoyub.

 

Rəbbi ölkədən koronavirusun yayılmasından sonra işsiz qalan insanların sayı barədə bir söz deməyib.

 

Sözçü həmçinin bu günə qədər koronavirus səbəbindən ölkə ərazisində 1.5 milyondan çox iş yerinin bağlandığını, habelə pandemiyanın uzun müddət ərzində digər iqtisadi problemlərə yol açacağını da vurğulayıb.

 

Əli Rəbii sonda qeyd edib ki, kiçik istehsal müəssisələri və zavodlarda yeni iş yerlərinin yaradılması karantin rejiminin sona çatmasından iki il sonraya qədər belə mümkün deyil.

 

Lakin aprelin 3-də Qızıl Aypara Cəmiyyətinin sədr əvəzedicisi Kərim Himmətinin xəstəliyin İranda yayılmasından sonra işini itirmiş 2 milyon insana yardım etmək planlarının olduğunu nəzərə alsaq, koronavirusla əlaqəli ölkədə milyonlarla insanın işsiz qaldığını proqnozlaşdırmaq olar.

 

İran Milli Məclisinin Tədqiqat Mərkəzi aprelin 7-də yaydığı hesabatda koronavirusun ölkədə işsizlik və kasıblıq həddinin daha da yüksəlməsinə səbəb olacağını, bunun isə öz növbəsində kütləvi xalq etirazlarına çevrilmə ehtimalının mövcud olduğunu bildirmişdi.

 

Xatırladaq ki, son günlər ərzində Həsən Ruhani administrasiyası koronavirusa rəğmən, bəzi iş yerlərinin yenidən açılmasına icazə verdiyi üçün insanların həyat və sağlamlığını iqtisadiyyata qurban verməkdə ittiham edilir.

 

Lakin Əli Rəbii bu ittihamları rədd edərək, atdıqları addımı "canın qorunması, çörəyin təminatı" adı ilə təqdim edib və iddia edib ki, İran dövlətinin sözügedən qərarla bağlı təcrübəsi "dünyanın ən uğurlu təcrübələri"ndən biridir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar