SON XƏBƏRLƏR

Əli Şəmxani: “İsrail Suriyaya qarşı hücumlarını davam etdirsə, bizim kəskin cavabımızla üz-üzə qalacaq”

2021.10.20, 07:36
Əli Şəmxani: “İsrail Suriyaya qarşı hücumlarını davam etdirsə, bizim kəskin cavabımızla üz-üzə qalacaq”

Gunaz.tv

GünAzTV: İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani fevralın 5-də Tehrana səfər edən Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllimlə görüşərək, İsrailə qarşı təhdid dolu sərt bəyanatlar səsləndirib.

 

Görüşdə İranın Suriya rejiminə dəstəyini davam etdirəcəyini bildirən Şəmxani deyib ki, İsrailin Suriyanın ərazi bütövlüyünü pozması qəbul edilməzdir: “İsrail Suriyaya qarşı hücumlarını davam etdirsə, bizim kəskin və münasib cavabımızla üz-üzə qalacaq. İsrailin Suriya ordusuna, müqavimət qüvvələrinə qarşı hava hücumları, Suriyanın ərazi bütövlüyünə qarşı çıxması qəbul edilməzdir.

 

Bildiririk ki, əgər İsrail Suriyaya qarşı hücumlarını davam etdirsə, həmin hücumların qarşısını almaq üçün əvvəlcədən nəzərdə tutulmuş bəzi qabaqlayıcı tədbirlər həyata keçiriləcək, İsrailin yalançı və cinayətkar hökmranlarına ibrət dərsi olsun deyə kəskin cavab veriləcək”.

 

Qeyd edək ki, İsrail qırıcıları son aylar İranın və terrorçu Livan “Hizbullah”ının Suriyadakı hərbi bazalarına çox saylı hava zərbələri endirib. Raket və hava hücumları nəticəsində “Sepah” və “Hizbullah”ın Dəməşq ətrafında yerləşən silah anbarları və çoxlu sayda muzdlusu məhv edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar