SON XƏBƏRLƏR

Əli Şəmxani: “Rəsmi Dəməşqin istədiyi vaxta qədər Suriyada İranın hərbi mövcudluğu davam edəcək”

2021.10.20, 07:36
Əli Şəmxani: “Rəsmi Dəməşqin istədiyi vaxta qədər Suriyada İranın hərbi mövcudluğu davam edəcək”

Gunaz.tv

GünAzTV: İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani, mayın 27-də “Əl-Cəzirə” telekanalına müsahibəsində Amerikanın İranla bağlı elan etdiyi yeni strategiyasından və islam respublikasının Suriyada hərbi mövcudluğundan danışıb.

 

Verdiyi müsahibədə, Amerikanın hökumət rəsmilərini “boşboğazlıq”da günahlandıran Şəmxani bildirib ki, Vaşinqtonun İranla bağlı yeni strategiyasını elan etməsi düzgün addım deyil: “Buna, Amerikanın ölkəmizə qarşı “yeni strategiyası” adının verilməsi düzgün deyil. Çünki bu, nə strategiyadır, nə də ki yeni bir şeydir. Bizim, Suriyadakı qüvvələrimiz, bu ölkədə  hərbi müstəşar kimi fəaliyyət göstərir və rəsmi Dəməşqin dəvəti ilə bu ölkəyə göndərilib. Nə qədər ki, Suriyada terrorizmin təhdidi aradan qaldırılmayıb, bizim bu ölkəyə göndərdiyimiz hərbi qüvvələr, rəsmi Dəməşqin istədiyi vaxta qədər bu Suriyada qala, müstəşarlıq vəzifəsini yerinə yetirəcək”.

 

Xatırladaq ki, Amerikanın dövlət katibi Mayk Pompeo mayın 21-də ölkəsinin İranla bağlı yeni strategiyasını açıqlayaraq, İranla yeni bir nüvə sazişinin imzalanması  üçün, Tehranın qarşısında 12 şərt qoyub.

 

 

Həmin şərtlərdən birində deyilir ki, İran beynəlxalq terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalı, Yəməndə  yaraqlı husilərə yardımını dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar