SON XƏBƏRLƏR

Əli Şəmxaninin Hamid Kərzai ilə rəsmi görüşdə oturuş forması əfqanların qəzəbinə səbəb olub

2021.10.20, 07:36
Əli Şəmxaninin Hamid Kərzai ilə rəsmi görüşdə oturuş forması əfqanların qəzəbinə səbəb olub

Gunaz.tv

GünAz TV: İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin bu yaxınlarda Əfqanıstana etdiyi rəsmi səfər çərçivəsində bu ölkənin sabiq prezidenti Hamid Kərzai ilə görüşü zamanı oturuş forması əfqanların qəzəbinə səbəb olub.

 

Sosial şəbəkələrdə kəskin müzakirə mövzusuna çevrilən bu şəkil əfqanlar tərəfindən kəskin tənqid edilib. Bir çox sosial şəbəkə istifadəçiləri Əli Şəmxaninin bu cür oturmasını “tərbiyəsizlik” və “təhqir” kimi dəyərləndirib. Bəzi istifadəçilər isə İranın yüksək səviyyəli dövlət məmurunun bu hərəkətinin diplomatik etiket qaydalarını pozduğunu deyirlər.

 

Digər qism isə İranı təmsil edən rəsminin bu cür oturuş formasını rəsmi Tehranın diplomatiyasının “özünə məxsus üslubunu” göstərən faktlardan biri olduğunu deyib.

 

Xatırladaq ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxanin 26 dekabr tarixində Əfqanıstana səfər edərək, ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirmişdi. O, səfər zamanı İranın Əfqanıstana məlumat verməklə Taliban terror təşkilatı ilə danışıqlar apardığını və bu prosesin davam edəcəyini demişdi. Ə.Şamxani həmçinin Tehranın Əfqanıstanla Taliban arasında sülh danışıqlarının aparılmasında hər iki tərəflə əməkdaşlıq edəcəyini bildirmişdi.

 

Lakin Əfqanıstan Ali Sülh Şurasının üzvü Rəhim bəy Yaqubinin sözlərinə görə, İran, Rusiya və s. digər ölkələr sülh danışıqlarında yalnız öz regional maraqlarını güdürlər.

 

Digər tərəfdən isə Amerika Birləşmiş Ştatları və Əfqanıstan təhlükəsizlik qüvvələrinin yüksək çinli rəsmiləri dəfələrlə rəsmi Tehranı Taliban terror qruplaşmasına maddi və hərbi yardım göstərməkdə ittiham ediblər.  

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar