SON XƏBƏRLƏR

Əli Xamneyi beynəlxalq sorğuda dünyanın ən mənfur və ən təhlükəli insanı seçilib

2021.10.20, 07:36
Əli Xamneyi beynəlxalq sorğuda dünyanın ən mənfur və ən təhlükəli insanı seçilib

Gunaz.tv

GünAz TV: Almaniyanın beynəlxalq xəbər telekanalı “Deutsche Welle”nin dünyanın ən mənfur və ən təhlükəli insanı barəsində apardığı qlobal sorğunun nəticəsilə bağlı cədvələ İranın “dini lider”i Əli Xamneyi başçılıq edir.

 

Telekanal sorğuda iştirak edənlərə “qlobal təhlükəsizliyə təhdid hesab olunan şəxs kimdir?” deyə sual ünvanlayıb. İştirak edənlərin 46.1%-i həmin şəxsin Əli Xamneyi olduğunu deyiblər. Bununla da, Xamneyi dünyanın ən mənfur və ən təhlükəli insanı seçilib.

 

Sorğuya əsasən, Çinin prezidenti Si Tsinpin uyğur türklərinə qarşı apardığı qətliam, eləcə də mədəni və siyasi repressiyalar görə 41.3% səslə 2-ci yerdə qərarlaşıb.

 

Rusiyanın prezidenti Vladimir Putin və onun şimali koreyalı həmkarı Kim Çen İn müvafiq olaraq 8.1% və 4.5% olmaqla, 3-cü, 4-cü yerləri bölüşdürüblər.

 

Əli Xamneyi 1979-cu ildə İslam Respublikası rejiminin təsis edilməsindən ötən 40 il ərzində minlərlə insanı qətliam etməklə yanaşı, noyabr ayında keçirilmiş aksiyalarda 1500-dən çox insanı öldürmək, 8-mindən çox insanı həbs etdirərək işgəncələrə məruz qoymaq və digər bu kimi mənfur addımlarına görə beynəlxalq ictimaiyyət arasında ən mənfur şəxslərdən biri kimi tanınır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar