SON XƏBƏRLƏR

Əli Xamneyi diktator Bəşər Əsədi “ərəb dünyasının qəhrəmanı” adlandırıb

2021.10.20, 07:36
Əli Xamneyi diktator Bəşər Əsədi “ərəb dünyasının qəhrəmanı” adlandırıb

Gunaz.tv

GünAz TV: İranın “dini lideri” Əli Xamneyinin rəsmi saytında onun fevralın 25-də axşam saatlarında Tehranda səfərdə olan Bəşər Əsədlə görüşdüyü barədə məlumat yayılıb.

 

Xamneyi görüş zamanı Əsədə “səmimi qəlbdən Suriya dövləti və xalqına kömək etdiyinə görə fəxr etdiyi”ni deyib. O, sözlərinə Suriyada baş verənlərə görə Amerika Birləşmiş Ştatları və Avropa ölkələrini günahlandırmaqla davam edib.

 

Xamneyi həmçinin Amerikanın Suriyada bufer zona yaratmaq və bu ölkə ilə İraq sərhəddinin təhlükəsizliyi üçün öz hərbi qüvvələrinin bir qismini saxlamaqla bağlı planını “Amerikanın təhlükəli məkrli planı” adlandırıb və bildirib ki, “bunu qətiyyətlə rədd etmək və bu plana qarşı çıxmaq lazımdır”.

 

İranın “dini lideri” sonda Əsədə xitabən deyib: “Göstərdiyiniz müqavimətə görə, bu gün ərəb dünyasında qəhrəmana çevrilmisiniz və regionda müqavimət hərəkatı da, onun imici də (İsrailə qarşı qruplaşma-red.) sizin sayənizdə daha da qüvvətlənib.”

 

Qeyd etmək lazımdır ki, 2011-ci ildə Bəşər Əsədin diktatura hakimiyyətinə qarşı sivil şəkildə xalq etirazları başladıqdan sonra İran Əsədə etirazçı kütlələri qan bahasına yatırtmaqda kömək edən əsas ölkədir. Bu illər ərzində yarım milyona yaxın insan Əsəd və İran qüvvələrinin diktaturanı qoruyub saxlaması üçün başlatdıqları vətəndaş müharibəsi zamanı həlak olub. Eləcə də, beynəlxalq qurumların təqdim etdiyi statistikalara əsasən, rəsmi Tehran Əsədin hakimiyyətdə qalması üçün 2011-ci ildən bu günə qədər hər il azı 15-20 milyard dollar civarında vəsait xərcləyib. İran əhalisi də dəfələrlə rəsmilərin ölkə pullarını Əsəd diktaturasınin legitimliyinin qoruyub saxlanması yolunda sərf edilməsinə qarşı etiraz edib. Bu etirazlar zamanı onlar Xamneyiyə xitabən “Suriyadan əl çək, bir az da bizim vəziyyətimizə diqqət yetir” kimi şüarlar səsləndiriblər. Xamneyidən fərqli olaraq, ərəb dünyası  və dünya körpələr, yaşlılar və qadınlar da daxil olmaqla, yüz minlərlə sivil vətəndaşın qanına əli bulaşmış Əsədi qəddar diktator kimi qəbul edir, nəinki “qəhrəman”.

 

Digər tərəfdən, Əsədin İrana səfər etdiyi bir vaxtda müxtəlif media orqanlarında rəsmi Tehranın Suriyada vətəndaşlar üçün pulsuz yaşayış binaları tikəcəyi ilə bağlı məlumatlar da dərc edilir.

 

Ə.A

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar