SON XƏBƏRLƏR

Əli Xamneyi “Sepah”da iki yeni təyinatla bağlı hökm imzalayıb

2021.10.20, 07:36
Əli Xamneyi “Sepah”da iki yeni təyinatla bağlı hökm imzalayıb

Gunaz.tv

GünAz TV: İranın “dini lider”i Əli Xamneyi “Sepah” terror təşkilatının komandan müavini və koordinasiya müavinin təyin edilməsi ilə bağlı hökm imzalayıb.

 

Hökmə əsasən, 16 may tarixindən Əli Fədəvi “Sepah” komandanının müavini, Məhəmmədrza Nəqdi isə koordinasiya məsələləri üzrə müavin təyib edilib. Xamneyi yeni təyinatların komandan Hüseyn Salaminin təqdimatı ilə həyata keçirildiyini bildirib.

 

58 yaşlı Əli Fədəvi bundan öncə “Sepah” komandanının koordinasiya məsələləri üzrə müavini, eləcə də qurumun Hərbi Dəniz Qüvvələrinin komandanı kimi vəzifələrdə çalışıb.

 

Məhəmmədrza Nəqdi isə bundan öncə “Sepah” komandanının mədəni-ictimai məsələlər üzrə müavini idi. O, karyerası ərzində daha öncələr “Bəsic” qüvvələrinin komandanı kimi də fəaliyyət göstərib. Nəqdi xüsusilə də öz radikal mövqeyi və çıxışları ilə tanınır.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları aprel ayının əvvəllərində İran İslam İnqilabı Korpusu- “Sepah”ı rəsmən xarici terror təşkilatları siyahısına daxil edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar