SON XƏBƏRLƏR

Əli Xamneyinin rəsmi “İnstagram” hesabı silinib

2021.10.20, 07:36
Əli Xamneyinin rəsmi “İnstagram” hesabı silinib

Gunaz.tv

GünAz TV: Aprelin 16-da axşam saatlarına doğru İranın “dini lideri” Əli Xamneyinin “İnstagram” sosial şəbəkəsində ingilis dilində fəaliyyət göstərən rəsmi səhifəsinə giriş mümkün olmayıb.

 

Səhər saatlarından başlayaraq “İnstagram” “Sepah” komandanlarının rəsmi səhifələrini silib. Bu proses ilkin olaraq “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin səhifəsi ilə başlanıb. Gün ərzində profilləri silinən iranlı yüksək rütbəli hərbçilər və rəsmilərin adları aşağıdakı kimidir:

  • “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri
  • “Sepah” Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur
  • İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağıri
  • Baş Qərargahın komandanlarından olan Musa Kamali
  • Ali Məsləhət Şurasının üzvü Məhəmmədbağır Qalibaf
  • “Sepah” komandanlarından biri və Dövlət Teleradio Verilişləri Şirkətinin sabiq rəhbəri İzzətullah Zərğami

Hələ ki, səhifələrin silinməsi ilə bağlı rəsmi açıqlanma verilməsə də, lakin bu proses Amerikanın rəsmən “Sepah”ın adını xarici terror təşkilatları siyahısına əlavə etməsindən bir neçə saat sonra start götürüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar