Əli Xeyrcu və Meysəm Colani Ərdəbil məhkəməsinə çağırılıb

2020-11-27 14:28

Ərdəbildə yaşayan azərbaycanlı milli-mədəni fəallar "Əli Xeyrcu" və "Meysəm Colani"nin 1 dekabr 2020-ci il tarixində saat 8: 30-da Ərdəbil Cinayət Məhkəməsinin 110 saylı şöbəsində olmaları istənilib.

Gunaz.tv Quote | Gunaz article

Güney azərbaycanlı fəalara göndərilən bildirişdə onlara “iğtişaş yaratmaqla ictimai asayişi pozmaqda iştirak etmək” ittihamı verilib.

 

Bu arada adı çəkilən iki mədəni fəallar təhlükəsizlik qüvvələri tərəfindən bu il 1 oktyabr tarixində evlərində tutulmuşdular. Onlar Ərdəbilin “Geral Park”ı məhbusları ilə birlikdə, hər biri 300 milyon tümən girov müqabilində məhkəmə prosesi bitənə qədər Ərdəbilin “Şam Əsbi” həbsxanasından müvəqqəti azadlığa buraxılmışdılar.

 

Həbs edildikdə, bu iki fəalın hər biri üç ayrı ittihamla günahlandırılırdı. Digər iki ittiham baxılması üçün inqilab məhkəməsinə göndərildi.

 

İnternetdə yayımlanan video və fotoşəkillərdə görünür ki, təhlükəsizlik qüvvələri Əli Xeyrcunu həbs etmək üçün heç bir məhkəmə qərarı olmadan evin duvarından aşaraq mənzilə basqın edərək, milli fəalı və onun ailə üzvlərini döyür və təhqir edirlər.

 

Cənab Xeyrcu tutulduqdan sonra “Ceneral Parkı” məhbuslarının anaları və Xeyrucunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə yaxınlarının vəziyyətini öyrənmək üçün Ərdəbil prokrorluğunun 10-cu şöbəsinə müraciət etmişdilər. Onlar hakim “Nonəhal” tərəfindən təhqir olunaraq oradan uzaqlaşdırılmışdılar.

 

Xeyrcunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə isə hakim “Nonəhal”ın tərbiyəsiz davranışlarına, söyüş və təhqirlərinə və həbs iolunan milli fəalların saxlanılmasının qanunsuzluğuna etiraz etdiyi üçün, adı çəkilən hakimin bir başa göstərişi ilə 24 saatlığına həbs olunmuşdur.

 

Xatırladaq ki, 1 oktyabr 2020--ci ildə Azərbaycan milli fəallarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək olaraq dinc aksiyaya çağırışından sonra təhlükəsizlik və hüquq-mühafizə qüvvələri Azərbaycan şəhərlərinin əsas meydanlarına yeridildi. Urmiya, Təbriz, Zəncan, Ərdəbil və Tehrandakı əksər milli-mədəni fəallara qarşı zor tətbiq edib, heç bir məhkəmə qərarı olmadan bir çoxlarını qanunsuz həbs etdilər.

 

Bu ilin iyul ayında Tehran, Təbriz, Urmiya şəhərlərində keçirilən oxşar mitinqlərdə bir sıra fəallar və vətəndaşlar həbs edildi, onlardan bir sırası girov müqabilində müvəqqəti sərbəst buraxıldı.

 

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmanın başlanğıcından bəri, İran təhlükəsizlik qüvvələri Azərbaycan və Tehran şəhərlərində Azərbaycan Respublikasının ordusuna göstərilən hər hansı bir mənəvi dəstəyi yatırmış, yüzlərlə türk fəal və vətəndaşı tutmuş, işgəncə vermiş və həbs etmişlər.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Miyana bölgəsində zəlzələ baş verib

2021-01-17

gun az article

Heyran gədiyində meşə yanğını davam edir+video

2021-01-17

gun az article

Bu gün axşam azərbaycanlı siyasi dustaq Yusif kariyə dəstək üçün Twitter fırtınası başladılacaq

2021-01-17

gun az article

İran Daxili İşlər Nazirliyi qeyri-fars yazılarla bağlı sərəncam yayıb

2021-01-17

gun az article

Ərdəbildə siyasi məhbusa dəstək: siyasi məhbus aclıq aksiyası keçirir

2021-01-17

gun az article

GünazTV Jan.16.2021 : Azərbaycan Prezidentinin Şuşa şəhərindən detallar.

2021-01-16

gun az article

Güney Azərbaycanın bir sıra bölgələrində kaneks məktəbləri külək üçürüb+video

2021-01-16

gun az article

Qəzvində azərbaycanlı məhbus edam edilib

2021-01-16

gun az article

Bələdiyyə başçısının həbsindən sonra Urmu şəhərinin fərmandarı işdən çıxarıldı

2021-01-16

gun az article

14 il həbsə məhkum edilən azərbaycanlı məhbus: Kəşfiyyat idarəsi İranın məhkəmə sistemini girov götürüb+səs

2021-01-16

gun az article

Edama məhkum edilmiş azərbaycanlı alimin anası oğlunun günahsız olduğunu deyir

2021-01-16

gun az article

Milli fəal quru aclıq aksiyası keçirəcəyini deyib

2021-01-16

gun az article

GünazTV Jan.15.2021-Azadlıq səsi: Güney Azərbaycanın durumu

2021-01-16

gun az article

GünazTV Jan.15.2021: Körpü: Moskvada Üçlü Görüş və Qarabağın Gələcəyi, Qarabağ Savaşının Güney Azərbaycanlı Məhkumları

2021-01-16

gun az article

GünazTV Jan.15.2021: Paylaşım programı, 22-ci Bölüm.

2021-01-15

gun az article

Marağada iki azərbaycanlı fəalla qarşı cinayət işi açılıb

2021-01-15

gun az article

Human Rights Watch Güney Azərbaycan milli fəallarına qarşı basqıları pisləyib

2021-01-15

gun az article

Qızıl mədənləri yanında içməli suyu olmayan Azərbaycan kəndləri

2021-01-15

gun az article

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alim barədə bəyanat yayıb

2021-01-15

gun az article

Təbriz və Ərdəbil həbsxanalarında 3 nəfər edam edilib

2021-01-15